Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-427/2021 09.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon icra şöbəsinin böyük icra məmuru, X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Bərdə rayonu, Təzəkənd kəndində doğulmuş, orta təhsilli, fərdi əmək ilə məşğul olan, ailəli, Bərdə rayonu, Şirvanlı ərazi darəsi, Uğurbəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-993 saylı 16 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən borclunun 1900 manat ödənilməmiş borcu vardır, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-993 saylı 16 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən üzrə cavabdeh Şəxs 1900 manat məbləğində X4 borcu yaranmışdır. 30 yanvar 2020-ci il və 13 noyabr 2020-ci il tarixdə borcu yarandığı üçün Bərdə Rayon Məhkəməsi tərəfindən 10 gün müddətinə iki dəfə inzibati həbs tənbehi tətbiq edilmişdir. Şəxs oğluna dəfələrlə xəbərdarlıq edilsə də, həmin borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. X6 borcunun tam olaraq ödənilməsini istəyir. Şəxs övladları ilə görüşü icra şöbəsi tərəindən təmin olunub. Məhkəmədən Şəxs inzibati qaydada həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, Şəxs alimenti ödəmir və hər dəfəsində yayınır. İki uşağa baxmaqda çətinlik çəkir və buna görə də alimentin tam məbləğdə ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, ikinci dəfə ailə qurub hal hazırda uşağı xəstədir. Hazırda pul ödəməyə imkanı yoxdur. 30 manat maaş alır, özünün xərcləri var, xeyri-şəri var. Bacardığı qədər ödəməyə çalışacaqdır. Ödəniş etməkən boyun qaçırmır amma ayın 15-i 100 manat ödəniş edə bilər. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-993 saylı 16 yanvar 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs hər ay 250 manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək belə qənaətə gəlir ki, tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, icra məmurunin izahatı, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 09 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs 1900 manat məbləğində borcu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmiş, borcunu ödəməkdən yayınmışdır. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəblər olmadan icra etməməsi və çağırışlara gəlməməsi artıq mütəmadi hal almışdır. Belə ki, Şəxs barəsində əvvəllər iki dəfə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilsə də, törətdiyi əməlindən heç bir nəticə çıxarmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 09 aprel 2021-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-427/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-427/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver