Məhkəmə qərarları › İş №3(021)-427/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-427/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-427/2022 31.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X14 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X6, Zərərçəkmiş şəxs X7, Barəsində inzibati icraat aparılan X3 və onun müdafiəçisi X4 iştirakları ilə, xx xxxx 1960-cı il tarixdə Bərdə rayonunda doğulmuş, İİ qrup əlil olan, işsiz, evli, Bərdə şəhəri, H.Əliyev prospekti ev 110 yaşayan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 2021-ci ilin sentyabr ayında Bərdə şəhəri, Körpüsındıran kənd sakini X8 500 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında Bərdə rayon X14 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X12 izahatında göstərdi ki, MN ******* saylı inzibati xəta haqqında protokol X3 2021-ci ilin sentyabr ayında Bərdə şəhəri, Körpüsındıran kənd sakini X8 500 manat pulunu ələ keçirmişdir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərşəkmiş şəxs X13 verdiyi izahatında göstərdi ki, X3 onu işə düzəltmək adı ilə 500 manat pulunu ələ keçirmişdir. Məhkəmədən barəsində qanunamüvafiq tətbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 verdiyi izahatında göstərdi ki, o X9 tanımır, heç bir pul da almayıb ondan. Ədalətli qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X10 bildirdi ki, barəsində icraat aparılan X2 işi Q.Əbilovun icraatında olanda qarşı tərəf müxtəlif fikirlər söylədi, biraz şübhə yaratdı. Biz həmin tərəfə qarşı prokurorluğa şikayət vermişdik. Orda da məsələ qaldırdıq ki, Saleh Kərimova məxsus əmək kitabçasında son vaxtlarda saxta iş stajı yazılaraq möhürlənmişdir mi? Sonra, möhürlənmişdirsə kim tərəfindən möhürlənmişdir? Nədən həmin müəssisinin rəhbərinin izahatı alınıb məsuliyyətə cəlb edilməmişdir? Əmək kitabçası kim tərəfindən müəssisə rəhbərinə təqdim edilmişdir? Kim tərəfindən gəbul olunub? Bunlara aydınlıq gətirməsi və X7 Bərdə rayonunda neçə nəfərə şər atdığı müəyyən edilməlidir. Odur ki başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X14 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X12 tərəfindən tərtib edilmiş protokol əsassızdır. Belə ki, X3 barəsində tərtib edilmiş protokol səthi olaraq tərtib edilmiş inzibati xəta haqqında protokol səthi tərtib edilmiş və heç bir şahid izahatı alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətlərini özündə əks etdirən hər hansısa bir sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa ilə müşayiət edilən hərəkətlər sübut edilmədiyindən iş üzrə icraata X2 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X2 əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar