Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-428/2021 09.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X10, zərərçəkmiş şəxs X15, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 -cu maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Q ə r a r a a l d ı: Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 05 (beş) gün müddətinə inzibati tənbeh- həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 08 aprel 2021-ci il tarixdən, saat 23:30–dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti elan edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər İş № 3(021)-44/2020 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ QƏRAR 13 yanvar 2020-ci il Bərdə şəhəri Bərdə rayon məhkəməsi Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiallara baxaraq, Müəyyən e t d i m: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN 00446320 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X22 15.10.2019-cu X12 etibarından sui-istifadə edərək telefon satacağını vəd edərək onun 200 manat pulunu ələ keçirmişdir. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azər Qurban oğlunun etibarından sui-istifadə edərək onun 390 manat pulunu ələ keçirmişdir. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 Taleh Arzuman oğlunun etibarından sui-istifadə edərək telefon satmağı vəd edərək 200 manat pulunu ələ keçirmişdir. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X22 31.10.2019-cu ildə Bədəlov Ayxan Məhəmməd oğlunun etibarından sui-istifadə 170 manat pulunu ələ keçirmişdir. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 Şahin Bəxtiyar oğlunun etibarından sui-istifadə edərək 25 manat pulunu ələ keçirmişdir. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 Vüsal Şolət oğlunun etibarından sui-istifadə edərək 170 manat pulunu ələ keçirmişdir. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X22 24.12.2019-cu il tarixdə Bakı şəhər sakini X16 Kapitalbank vasitəsilə 170 manat pulunu talamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 İqbal Cahid oğlunun etibarından sui-istifadə edərək telefon satmağ vəd edərək 303 manat pulunu ələ keçirmişdir. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Qərar v e r d i m: X11 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-44/2020, 3(021)-45/2020, 3(021)-46/2020, 3(021)-47/2020, 3(021)- 48/2020, 3(021)-49/2020, 3(021)-50/2020 3(021)-51/2020 saylı inzibati işlər bir icraatda baxılsın. İşə 13 yanvar 2019-cu il tarixdə saat 17:30-da Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-428/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-428/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver