Məhkəmə qərarları › İş №3(021)-430/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-430/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-430/2021 12.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X1 Bölməsinin sahə rəisi, polis baş leytenantı X5 oğlunun, Zərərçəkmiş şəxs Tağıyeva Səbinə Əfrail qızının Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İş materiallarından görünür ki, Bərdə Rayon Polis X1 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 mart 2021-ci il tarixdə Bərdə rayonu Soğanverdilər kəndinin ərazisində Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vurmuşdur. Məhkəmə iclasında inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X1 Bölməsinin sahə rəisi, polis baş leytenantı X3 izahatında qeyd etdi ki, Şəxs 15 mart 2021-ci il tarixdə Bərdə rayonu Soğanverdilər kəndinin ərazisində Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vurmuşdur. Bərdə rayon Polis şöbəsinin Təhqiqat bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 aprel 2021-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə bizə göndərilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Əfrasim qızı izahatında göstərdi ki, 15 mart 2021-ci il tarixdə, Bərdə rayonu Soğanverdilər kəndində Şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Münasib onu döymüşdür. Hazırda Şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim edərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 15 mart 2021-ci il tarixdə Bərdə rayonu Soğanverdilər kəndinin ərazisində Zərərçəkmiş şəxs qızını taksidə qabağda oturduğu üçün vurmuşdur. Törətdiyi əməldən peşmandır. Hazırda barışdıqları üçün işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 aprel 2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş, 10 aprel 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 mart 2021-ci il tarixdə Ağdam rayonu Xındırıstan qəsəbəsi sakini Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan fiziki xəsarət yetirmişdir. Odur ki, Şəxs törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olduğundan baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. Məhəkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu-maddəsinə əsasən inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati хəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində inzibati хəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.0.9,112,114,115,117 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərarа аldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın sürəti inzibati xəta törətmiş şəxsə, zərərçəkmiş şəxsə və Bərdə rayon Polis şöbəsinə təqdim edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar