Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-433/2021 13.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X7 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, iştirakları ilə, xx.xx.1956-cı ildə Bərdə rayon İmirli kəndində anadan olmuş, Bərdə rayon Əmirli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon icra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2(021)- 3064 nömrəli icra sənədi üzrə Şəxs Callalı Nərminə İlqar qızına 843 manat borcu qalmışdır. Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Mətləb Ələkbərov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs həmin icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin rəisi Mətləb Ələkbərov izahat verərək göstərdi ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borclu icra sənədinin icrasını tam təmin etməmiş, 843 manat borcu qalmışdır. Həmçinin qeyd etdi ki, Şəxs mülkiyyətində avtomobil vardır və təqaüddə alır. Buna görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstədi ki, icra vərəqəsini icra etmişdir, qalan cehiz əşyaları Callalı Nərminə İlqar qızı ilə oğlu birgə nikah dövründə qırılmışdır. Buna görə də protokolun rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 pulu tələb etdiyini bildirdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən etmişdir ki, Bərdə rayon İcra və Probasiya şöbəsi borclu Şəxs təqaüd alıb-almaması, ərazidə yaşaması, (qeydiyyatı), işləyib-işləməməsi , torpaq sahələrinin və mal-qarasının olub –olmaması barədə sorğular göndərilmədən və heç bir məlumat əldə etmədən inzibati protokol tərtib etmişdir. Həmçinin icra məmuru Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X7 oğlu məhkəmə iclasında Şəxs mülkiyyətində avtomobilinin olması və onun təqaüd almasını bildirsə də, həmin borcun əmlaka və ya təqaüdə yönəldilməsi barədə heç bir tədbir görülməmişdir. Yuxarıda qeyd olunan halları nəzərə alan məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunması üçün əsaslar yaranmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(021)-433/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-433/2021
13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver