Məhkəmə qərarları › İş №3(021)-433/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-433/2022

28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-433/2022 28.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X8 iclas katibliyi, Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X4, zərərçəkmiş şəxslər X2, X13 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1984-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdam rayonu, Baş Qərvənd kəndində qeydiyyatda olan, Bərdə rayonu, Lək kənd meşəsində məskunlaşan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.1, 327.2, 327.6, 332.2 və 332.4-cü maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 332.1, 327.2, 327.6, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 28 mart 2022-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs oğlu 22 mart 2022ci il tarixdə VAZ 21013 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2, 327.6, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclаsındа Bərdə rayon Yol Patrul Xidmətinin baş inspektoru X9 bildirdi ki, Şəxs oğlu 22 mart 2022-ci il tarixdə VAZ 21013 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2, 327.6, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, VAZ 21013 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edir. 22 mart 2022-ci il tarixdə Qaradəmirçi kəndindən H.Əliyev prospektinə çıxarkən Bərdə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olan X10 idarə etdiyi Mercedes markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X10 da idarə etdiyi Mercedes markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxıb toqquşmuşdur. Sürücülük hüququ olmadığından hadisə yerindən qaçmışdır. Hazırda əməlinin məsuliyyətini dərk edir və etdiyi əməldən peşmandır. Maddi imkanı olmadığından ziyanı ödəməmişdir. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs X13 göstərdi ki, 22 mart 2022-ci il tarixdə Mercedes markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən Qaradəmirçi kəndi istiqamətindən hərəkət edən Şəxs idarə etdiyi VAZ 21013 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun avtomobilini sağ ön hissədən vurmuşdur. Zərbədən avtomobili əks istiqamətdə hərkət edən X1 idarə etdiyi Mercedes markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxıb ön hissəsini vurmuşdur. Hadisəni törədən Şəxs hadisə yerindən qaçmışdır. Hadisə zamanı xəsarət almamışdır. Nəqliyyat vasitəsinə isə ziyan dəymiş və ödənilməmişdir. Məhkəmə iclаsındа zərərçəkmiş şəxs X2 göstərdi ki, 22 mart 2022-ci il tarixdə Mercedes markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən Qaradəmirçi kəndi istiqamətindən hərəkət edən Şəxs idarə etdiyi VAZ 21013 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X10 avtomobilini sağ ön hissədən vurdu. X10 avtomobili də onun yoluna çıxaraq idarə etdiyi ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşdu. Hadisəni törədən Şəxs hadisə yerindən qaçdı. Hadisə zamanı xəsarət almamışdır. Nəqliyyat vasitəsinə isə ziyan dəymiş və ödənilməmişdir. İş materiallarında olan 22.03.2022-ci il tarixli 419 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X2 hadisə baş verən zaman alkoqol sərxoşluğu yoxdur. İş materiallarında olan 22.03.2022-ci il tarixli 418 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X13 hadisə baş verən zaman alkoqol sərxoşluğu yoxdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21013 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir. 05.12.2021-ci il tarixli Etibarnamənin surətindən görünür ki, VAZ 21013 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil X11 tərəfindən Şəxs etibar edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. 07.11.2021-ci il tarixli Etibarnamənin surətindən görünür ki, Mercedes markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobil X7 tərəfindən X12 etibar edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs oğlu İXM-in 332.1, 327.2, 327.6, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2, 327.6, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İXP ******* saylı 28 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolla, özünün etirafı və digər iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesаb edir ki, inzibаti xətа törətmiş şəxs Şəxs oğlu İXM-in 332.1, 327.2, 327.6, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs oğluna inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə olduğu halda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2, 327.6, 332.2 və 332.4-cü maddələri ilə təqsirli bilənməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İXM-in 332.1, 327.2, 327.6, 332.2 və 332.4-cü mаddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hаkim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar