Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-435/2022 07.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş şəxs Bərdə rayon DYPİ-nin YPX-nin baş inspektoru polis kapitanı X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.2000-ci il tarixdə Bərdə rayonunda doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Qaradağlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon polis şöbəsindən daxil olmuş İXP № ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon DYPİ-nin YPX-nin baş inspektoru polis kapitanı X5 protokolu müdafiə edərək göstərdi ki, Şəxs 24.12.2021-ci il tarixdə, saat 17:00 radələrində özünə məxsus “LADA-217150” markalı, **-MY-*** dövlət qeydiyyat nömrə nişanlı minik markalı avtomobili ilə Bərdə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən yolun qoşa xətt nişanına məhəl qoymayaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr əməliyyatı aparmış, əks istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi VAZ 21099 markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı minik markalı avtomobillə toqquşmuş, X2 idarə etdiyi VAZ 21099 markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı minik markalı avtomobil də yolun kənarında dayanmış vəziiyətdə olan X7 məxsus Mercedes Benz C180 markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı minik markalı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslər X6 və X8 “yüngül” bədən xəsarətləri almışlar. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs etirafedici izahat verərək göstərdi ki, 24.12.2021-ci il tarixdə, saat 17:00 radələrində özünə məxsus “LADA-217150” markalı, **-MY-*** dövlət qeydiyyat nömrə nişanlı minik markalı avtomobili ilə Bərdə şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən yolun qoşa xətt nişanına məhəl qoymayaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr əməliyyatı apararaq, əks istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi VAZ 21099 markalı **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı minik markalı avtomobillə toqquşmuş, X2 idarə etdiyi VAZ 21099 markalı **- ED-*** d.q.n.n-lı minik markalı avtomobil də yolun kənarında dayanmış vəziyyətdə olan X7 məxsus Mercedes Benz C180 markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı minik markalı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 və X8 “yüngül” bədən xəsarətləri almışlar. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. Əməlindən peşimandır və bir daha bu cür hallara yol verməyəcəkdir. Nəzərə alınmasını məhkəmə xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də zərərçəkmiş şəxslər X6 və X8 heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan 10.03.2022-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs 24.12.2021-ci il tarixdə, saat 17:00-da “LADA-217150” markalı, **-MY-*** avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törədərkən İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Bərdə RPŞ-nin İB-nin müstəntiqi Kənan Firudunlu tərəfindən qəbul edilmiş 16.02.2022-ci il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış HK-1/205 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə rayon Polis Şöbəsinin DYPB-nə görədilmişdir. Həmçinin 16.02.2022-ci il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 16.02.2022-ci il tarixdə istintaqa təqdim olunmuş MTE və PA Birliyinin Bərdə rayonlararası Zona Mərkəzinin 15.01.2022-ci il tarixli 35 nömrəli rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol diz oynağı nahiyyəsinin dərialtı hematoması və sıyrıq piqmentasiyası küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti qərarda göstərilən 24.12.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Həmçinin 16.02.2022-ci il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 16.02.2022-ci il tarixdə istintaqa təqdim olunmuş MTE və PA Birliyinin Bərdə rayonlararası Zona Mərkəzinin 18.01.2022-ci il tarixli 43 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ baldır-ayaq oynağında sağ ayaqarxası nahiyəsini əhatə etməklə dərialtı hemotoması və sıyrıq piqmentasiyası küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, müddəti qərarda göstərilən 24.12.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Həmçinin 16.02.2022-ci il tarixli “cinayət işinin başanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, BB 133253 nömrəli X1 Şəhadətnaməsinə əsasən “LADA-217150” markalı, **-MY-*** d.q.n.n-lı minik markalı avtomobil Şəxs mülkiyyətindədir. İnzibati materiala əlavə edilmiş AE 229058 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, Şəxs BC dərəcəli sürücülük hüququ verilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və inzibati xəta haqqında 10.03.2022-ci il tarixli İXP № ******* nömrəli protokolla sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə sasən, Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində cəza təyin olunmalıdır. İXM-nin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2 nəfər zərərçəkmiş şəxslər X6 və X3 “yüngül” bədən xəsarətləri alaraq sağlamlıqlarının qısa müddətə pozulmasına səbən olan yol nəqliyyat hadisəsi törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi, əməlini etiraf edib səmimi peşman olmasını isə yüncülləşdirici hal kimi nəzərə alır. Həmçinin məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, əməlindən peşmançılıq hissi keçirməsini, hadisə zamanı 2 nəfər zərərçəkmiş şəxsin olmasını nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərаrın icrаsı Azərbaycan Respublikası Baş X14 İdarəsinə həvаlə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-435/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-435/2022
07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver