Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-437/2022 28.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə rayon icra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Şəhriyar küçəsi ev 3-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Bərdə rayon icra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Abşeron Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın Elcan və Səkinənin saxlanması üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi, 340 manat məbləğində aliment alınaraq X1 ödənilməlidir. Bərdə rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs həmin icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunmasına baxamayaraq borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X4 izahat verərək göstərdi ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq olunamasına baxamayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. Buna görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 09.03.2021-ci il tarixdə səhəti ilə əlaqədar xəstəxanada müayinə və əməliyyat olunmuşdur. İşləmək qabiliyyəti olmadığından alimenti ödəyə bilməmişdir. Hazırda işləyir və tələbkar Qəndilə İbrahimovaya borclu olduğu cəmi 3900 manat aliment borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, borcu səhhəti ilə əlaqədar işləmədiyindən ödəyə bilməməsinin nəzərə alınmasını və barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş edir. Həmçinin 20.03.2022-ci il tarixdə 800 manat ödəniş etdiyini bildirdi və qəbzi məhkəməyə təqdim etdi. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Şəxs 09.03.2021-ci il tarixdə xəstəxanaya daxil olmuş, xstəxanada müayinə və əməliyyat olunmuşdur. 13.03.2021-ci il tarixdə ambulator müalicəyə buraxılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati protokol üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in (bundan sonra-İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yəni onun səhhəti ilə əlaqədar işləyə bilməməsini, ələmiyyat olunmasını, 20.03.2022-ci il tarixdə 800 manat ödəniş etdiyini nəzərə alıb məhkəmə hesab edir ki, icradan qərəzli yayınma faktı yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-437/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-437/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver