Məhkəmə qərarları › İş №3(021)-438/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-438/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-438/2021 15.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramoun katibliyi, İnzibati qaydada protokol tərtib etmış Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Yevlax şəhərində doğulmuş, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə rayon Polis Şöbəsinin inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə rayon Polis Şöbəsində 24 mart 2021-ci il tarixdə Bərdə rayonu Kərpic zavod ərazisində yaşayan, Zərərçəkmiş şəxs Abdulla qızı Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək əri Şəxs tərəfindən döyüldüyünü bildirmişdi. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin tərkib əlamətləri olmadığına görə 09 aprel 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmışdır. Belə ki, Şəxs oğlu 24 mart 2021-ci tarixdə saat 01:30 radələrində Bərdə rayonu Kərpic zavod ərazisində öz evlərində aralarında yaranmış mübahisə, münaqişə zamanı arvadı Zərərçəkmiş şəxs döyüb ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Onun törətdiyi bu əməl Zərərçəkmiş şəxsn ərizəsi və izahatı, digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X4 izahatında göstərdi ki, Bərdə rayon Polis Şöbəsinə 24 mart 2021-ci il tarixdə, saat 01:30-da Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respöublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətindən daxil olmuş məlumata əsasən 24 mart 2021-ci il tarixdə saat təxminən 01:30 radələrində öz evində uşaqlara uçadan danışdığı üçün həyat yoldaçı Şəxs oğlu ona iradını bildirmiş və bu səbəbdən evlərində münaqişə baş vermiş. Bundan sonra Şəxs oğlu əli ilə onun sifət və bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirdiyini və boğmağa başladığını bildirdi. Həmin məlumat əsasında Bərdə RPŞ-nin təhqiqatçısı Əziz Əzizov tərəfindən tərəfindən müvafiq araşdırma aparılmış, Şəxs oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin tərkib əlamətləri olmadığına görə cinayət tərkibi olmadığına görə 09 aprel 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Bərdə rayon PŞ-nin İTB-nə göndərilməsi barədə qərar çıxarılmışdır. Toplanmış material Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X1 tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, Şəxs 24 mart 2021-ci il tarixdə saat 01:30 radələrində Şəxs oğlu öz evində həyat yoldaşı Zərərçəkmiş şəxs birgə nikahdan olan uşaqları ilə uçadan danışdığı üçün ona iradını bildirərək və bu səbəbdən evlərində münaqişə baş verib. Bundan sonra Şəxs oğlu əli ilə onun sifət və bədəninin müxtəlif nahiyələrindən vuraraq ona xəsarət yetirib və boğmağa başlayıb. Bununla bağlı Zərərçəkmiş şəxs Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət etməsi əsasında həyat yoldaşı Şəxs oğlunun izahatını alınması məqsədi ilə əməliyyət-axtarış tapşırığı verilmışdi , lakin Şəxs dindirilməsi üçün Polis Şöbəsinə gəlməyib. Göstərilənlərə əsasən də Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş tənbeh tədbirinin tətbiq edilməsni xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs oğlu ilə rəsmi nikahdadılar. Ailə üzvləri ilə Bərdə rayonu Kərpic zavod Ərazisində yaşayır. Evdar qadındır. O, 2006-cı ildə Yevlax rayon sakini Şəxs ilə ailə həyatı qurduğunu bildirmişdir. Son bir necə ildə həyat yoldaşının heç bir yerdə işləmədiyini, tüfeyli həyət tərzini kecirdiyini, evdə tez tez münaqişə saldığını demişdir. 24 mart 2021-ci il tarixdə saat 01:30 radələrində öz evində uşaqları ucadan danışdığı üçün həyat yoldaşı Şəxs oğlu ona iradını bildirmiş, bu səbəbdən evlərində münaqişa yaranmış, sonuncunu əli ilə onun sifət və bədənin müxtəlif nahiyələrindən vuraraq ona xəsarəyt yetirdiyini və boğmağa başladığını bildirmişdi. Zərərçəkmiş şəxs şikayətçi olduğunu və Şəxs oğlu tənbehin verilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs oğlu izahatında göstərdi ki, son bir necə ildə həyat heç bir yerdə işləmədiyini, tüfeyli həyət tərzini kecirdiyini, evdə tez tez münaqişə saldığını demişdir. 24 mart 2021-ci il tarixdə saat 01:30 radələrində öz evində uşaqları ucadan danışdığı üçün həyat yoldaşı Zərərçəkmiş şəxs iradını bildirmiş, bu səbəbdən evlərində münaqişa yaranmış, əli ilə onun sifət və bədənin müxtəlif nahiyələrindən vuraraq ona xəsarəyt yetirmiş və onu boğmağa başlamışdır. Lakin hazırda əməlindən peşmandır. İş materiallarında olan Zərərçəkmiş şəxs MTE-dən keçirilmiş “MTE və PA” birliyinin 09 aprel 2021-ci il tarixli 241 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlər- sol qulaqaltı-çeynəmə və boyun nahiyələrinin sıyrıqları küt aşyanın təsirindən törədilmişdir, müddəti 24 mart 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin deyil. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları araşdırıb tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək, belə qənaətə gəlir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Şəxs oğluna məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətaların xarakterlərini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, inzibati tənbeh verilərkən birmənalı şəkildə tənbehin qorxu yaratmaq və ya hər hansısa bir formada inzibati xəta törətmiş şəxsdən qisas almaq ideyası istisna olunmalıdır. Çünki tənbehin məqsədinin inzibati xəta törətmiş şəxsi yenidən cəmiyyətə zərər verməsinə mane olmaq və başqalarının eyni inzibati xətanı törətməkdən çəkindirmək ilə mükələfiyyətli olduğuna tam olaraq inanmaq lazımdır. İnzibati xəta üzrə tənbeh tətbiq edilməsindən də vacib olan hal, həmin inzibati xətaların qarşısının alınmasına yönəlmiş olan kompleks hüquqi tədbirlər sisteminin düzgün tətbiq edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs oğlu törətdiyi əmələ görə təqsirli bilinərək, barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Barəsində inzibati icraat aparılan Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. X3 məhkəmə iclas zalından dərhal həbs edilsin. İnzibati həbs etmənin əvvəli 15 aprel 2021-ci il tarixdən saat 11:40-dan hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar