Məhkəmə qərarları › İş №3(021)-44/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-44/2021

17.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-44/2021 17.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X11 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X9, zərərçəkmiş şəxs X12 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirаkları ilə, xx.xx.1988-ci il tarixdə Bərdə rayon Tinli kəndində аnаdаn оlmuş, Bərdə şəhər M.Hüseynzadə küçəsi 31-də yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 09.01.2021-ci il tarixdə Bərdə rayon Meşəçilik İnstitutunda X15 məxsus avtomobildən mobil tlefon və akkumulyator oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 28.12.2020-ci il tarixdə X13 məxsus 190 manat müavinət kartını X21rşısından taparaq 190 manat pulu çıxarmışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 05.01.2021-ci il tarixdə Natavan küçəsində X4 məxsus VAZ 2106 markalı avtomobildən akkumulyator oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 05.01.2021-ci il tarixdə X7 məxsus su matorunu və gücləndiricini oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 28.12.2020-ci il tarixdə Bərdə şəhər M.Nəsirov küçəsi ev 20 ünvanından X10 məxsus “Morqus” markalı su motorunu oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 09.12.2020-ci il tarixdə Bərdə şəhər Meşəçilik qəsəbəsində yaşayan X14 80 manat dəyərində Samsung markalı televizorunu oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 16.11.2020-ci il tarixdə Bərdə şəhər X3 Səidə Əli qızına məxsus evin həyətindən 1 ədəd samovar 1 ədəd adyalı oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 07.01.2021-ci il tarixdə Əmralıyev Məhəmməd Həsən oğluna məxsus “Kamaz” markalı avtomobildən 1 ədəd işlənmiş akkumulyator oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 06.01.2021-ci il tarixdə Bərdə şəhər H.Əliyev prospekti bina 112-də X8 məxsus su mühərrikini oğurlamışdır. Bərdə rayon Məhkəməsinin 3(021)43/2021 saylı, 17 yanvar 2021- ci il tarixli qərarı ilə Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-43/2021, 3(021)-44/2021, 3(021)-45/2021, 3(021)-46/2021, 3(021)-47/2021, 3(021)-48/2021, 3(021)-49/2021, 3(021)-50/2021 və 3(021)-51/2021 saylı inzibati işlər bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X19 izahatında bildirdi ki, Şəxs oğlu 09.01.2021-ci il tarixdə Bərdə rayon Meşəçilik İnstitutunda X15 məxsus avtomobildən mobil tlefon və akkumulyator, 28.12.2020-ci il tarixdə X13 məxsus 190 manat müavinət kartını X21rşısından taparaq 190 manat pul, 05.01.2021-ci il tarixdə Natavan küçəsində X4 məxsus VAZ 2106 markalı avtomobildən akkumulyator, 05.01.2021-ci il tarixdə X7 məxsus su matorunu və gücləndiricini, 28.12.2020-ci il tarixdə Bərdə şəhər M.Nəsirov küçəsi ev 20 ünvanından X10 məxsus “Morqus” markalı su motorunu, 09.12.2020-ci il tarixdə Bərdə şəhər Meşəçilik qəsəbəsində yaşayan X14 80 manat dəyərində Samsung markalı televizorunu, 16.11.2020-ci il tarixdə Bərdə şəhər X3 Səidə Əli qızına məxsus evin həyətindən 1 ədəd samovar 1 ədəd adyalı , 07.01.2021-ci il tarixdə Əmralıyev Məhəmməd Həsən oğluna məxsus “Kamaz” markalı avtomobildən 1 ədəd işlənmiş akkumulyator və 06.01.2021-ci il tarixdə Bərdə şəhər H.Əliyev prospekti bina 112-də X8 məxsus su mühərrikini oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında bildirdi ki, 09.01.2021-ci il tarixdə Bərdə rayon Meşəçilik İnstitutunda X15 məxsus avtomobildən mobil tlefon və akkumulyator, 28.12.2020-ci il tarixdə X13 məxsus 190 manat müavinət kartını X21rşısından taparaq 190 manat pul, 05.01.2021-ci il tarixdə Natavan küçəsində X4 məxsus VAZ 2106 markalı avtomobildən akkumulyator, 05.01.2021-ci il tarixdə X7 məxsus su matorunu və gücləndiricini, 28.12.2020-ci il tarixdə Bərdə şəhər M.Nəsirov küçəsi ev 20 ünvanından X10 məxsus “Morqus” markalı su motorunu, 09.12.2020-ci il tarixdə Bərdə şəhər Meşəçilik qəsəbəsində yaşayan X14 80 manat dəyərində Samsung markalı televizorunu, 16.11.2020-ci il tarixdə Bərdə şəhər X3 Səidə Əli qızına məxsus evin həyətindən 1 ədəd samovar 1 ədəd adyalı , 07.01.2021-ci il tarixdə Əmralıyev Məhəmməd Həsən oğluna məxsus “Kamaz” markalı avtomobildən 1 ədəd işlənmiş akkumulyator və 06.01.2021-ci il tarixdə Bərdə şəhər H.Əliyev prospekti bina 112-də X8 məxsus su mühərrikini oğurlamışdır. Hazırda əməlindən peşmandır və ziyanı ödəmək imkanı olmadığını bildirdi . O, bu barədə ərizəni məhkəməyə təqdim etdi. Zərərçəkmiş şəxs X20 məhkəmədə izahatında bildirdi ki, Şəxs oğlu ona məxsus 80 manat dəyərində Samsung markalı televizorunu oğurlamışdır. İşdə olan cinayət işi başlanılmasının rədd edilməsi haqqında 22 noyabr 2020-ci il tarixli, 09 dekabr 2020-ci il tarixli, 04 yanvar 2021-ci tarixli, 06 yanvar 2021-ci tarixli, 14 yanvar 2021-ci tarixli, 15 yanvar 2021-ci tarixli qərarlardan görünür ki, Şəxs oğlunun barəsində toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokollar, Bərdə RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunması barədə qərarları və həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Məhkəmə Şəxs oğlunun əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs oğlunun barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs oğluna inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, ona 3 (üç) ay inzibati tənbeh- həbs tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs oğlu İXM-in 227-ci mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 03 (üç) ay müddətinə inzibаti tənbeh- həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 16 yanvar 2021-ci il tаrixdən, saat 20:00–dan hesablansın. Şəxs oğlu Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti elan edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikаyət verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar