Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-44/2025 14.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdulayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru polis serjantı X5, zərərçəkmiş şəxs X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Laçın rayonunda anadan olmuş, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru polis serjantı X9 tərəfindən 13 yanvar 2025-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş Bərdə rayonu YPX-nin inspektoru polis serjantı X9 bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 13:05 radələrində Bərdə rayon Kələntərli qəsəbəsində yol nəqliyyat hadisəsi qeydə alınmışdır. Hadisə yerinə baxış keçirilmiş və bütün zəruri tədbirlər görülmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs idarə etdiyi VAZ 21214 minik markalı 99UJ551 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 2-ci dərəcəli yoldan gözləmədən baş yola çıxmış, digər VAZ 21150 markalı 02CA536 dövlət qeydiyyat nişanlı avtomobilin sürücü isə ötmə qaydasını pozmuşdur. Əsas günahkar Şəxsdur. Digər sürücü barəsindədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs bildirdi ki, əsas yola çıxmış, baxmışdır ki, solda avtomobil yoxdur, şəhərə doğru gəlmək istəmiş, yarım metr irəli getmişdir, VAZ 21150 markalı 02CA536 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ötmə əməliyyatını saxlamış və qəfil tormoz vermişdir. Hər ikisi günahkardır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, VAZ 21150 markalı 02CA536 dövlət qeydiyyat nişanlı avtomobili Bərdə rayon Kələntərli qəsəbəsi istiqamətində idarə edərkən qarşıda gedən avtomobili ötmüşdür. Bu zaman yolun sol hissəsindən ara döngədən VAZ 21214 minik markalı 99UJ551 dövlət qeydiyyat nişanlı avtomobil anidən onun qarşısına çıxmış və avtomobillər toqquşmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə rayon Bərdə rayonu YPX-nin inspektoru polis serjantı X9 tərəfindən tərtib edilmiş 13 yanvar 2025-ci il tarixli, İXP № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətmişdir. İnzibati işin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli № 47 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs hadisə zamanı sərxoş olmamışdır. İnzibati işin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli №46 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, X7 hadisə zamanı sərxoş olmamışdır. İnzibati işin materiallarına əlavə edilmiş Yol –nəqliyyat hadisəsinin sxemindən görünür ki, VAZ 21214 markalı 99UJ551 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq kapotu, sağ kapotu, sağ sol qabaq qanadları, qabaq banperin sağ hissəsi əzilmiş, VAZ 21150 markalı 02CA536 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq alın şüşəsi, qabaq banperi, qabaq işıqları sınmış, qabaq kapotu, qabaq sağ qanadları, qabaq sol qapı, stoyka əzilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş BD 002772 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21214 markalı 99UJ551 dövlət qeydiyyat nişanlı avtomobil Şəxs mülkiyyətindədir. İnzibati işin materiallarına əlavə edilmiş BD 451019 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21150 markalı 02CA536 dövlət qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir. İnzibati işin materiallarına əlavə edilmiş ƏN-Vİ №957408 nömrəli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamədən görünür ki, X4 VAZ 21150 markalı 02CA536 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş BD211154 nömrəli sürücülük vəsiqəsindən görünür ki, X1 hüququ vardır. İXM-in 332.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərkən İXM-in 332.4-cü mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş, zərəçəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-44/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-44/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver