Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-441/2021 26.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ də şəhəri. Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X2 iclas katibliyi, ərizəçi (barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs) X1 iştirakı ilə, 01.01.1983-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Lək kəndində yaşayan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Bərdə rayon X7 Bölməsinin polis mayoru Şükran Ptapdıq oğlu Cəfərov tərəfindən qəbul edilmiş 12.04.2021-ci il tarixli, TP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 məhkəməyə şikayət verərək, Bərdə rayon X7 Bölməsinin (bundan sonra Bərdə DYPB) 12 aprel 2021-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında işin icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 25 mart 2021-ci il tarixdə, saat 18:40 radələrində özünə məxsus “HAVAL” minik markalı, **-RE-*** d.n.n-lı avtomobili ilə Bərdə şəhəri, H.Əliyev pr-ti ilə hərəkətdə olan zaman Bərdə DYPB-nin əməkdaşı Orxan Əliyev onu saxlatmış və avtomobilinin cərimə meydançasına aparılacağını bildirdi. O, polis işçisindən bunun səbəbini soruşduqda O.Əliyev ona barəsində tərtib edilmiş protokolun olduğunu və həmin protokol üzrə cərimənin ödənilmədiyini bildirmişdir. O, polis əməkdaşından həmin protokolun harada yazıldığını soruşmuş və polisə bildirmişdir ki, həmin protokolun qərarın vursun ki, o da cəriməni ödəsin. Polis əməkdaşı onun sözlərinə əhəmiyyət verməyərək, ona qarşı kobundluq etmiş, polis əməkdaşının hərəkətlərinə sığmayan hərəkət edərək, onu ictimaiyyət içində təhqir etmiş və avtomobili idarə edərkən mobil telefonla danışdığını əsas gətirib barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 342.6-cı maddəsi ilə inzibati protokol tərtib etmişdir. Avtomobili idarə edərkən mobil telefondan istifadə etməmişdir. Hesab edir ki, Bərdə DYPB-nin əməkdaşı O.Əliyev onun barəsində əsassız və qanunsuz protokol tərtib etmişdir. Belə ki, onun mobil telefondan istifadə etməsini sübut edən hər hansı bir dəlil yoxdur. Ona görə də barəsində 12.04.2021-ci il tarixdə tərtib edilmiş TP4304444 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayətini müdafiə edərək göstərmişdir ki, həmin vaxt o mobil telefondan istifadə etməmişdir. Bərdə DYPB-nin əməkdaşı O.Əliyev onun barəsində qərəzli protokol tərtib etmişdir. Bundan başqa ixtisasca hüquqşünas olduğu üçün ona məlumdur ki, hər yol patrul xidmətinin avtomobilində və əməkdaşında üzərərində quraşdırılmış xüsusi cihaz olur ki, həmin cihaz sürücü ilə inspektorun dialoqunu səsli video görüntünü qeydə alır. Belə olan halda onun həmin vaxt mobil telefondan istifadə etməsi video müşahidə kamerası vasutəsi ilə qeydə alınmalıdır. Odur ki, barəsində 12.04.2021-ci il tarixdə tərtib edilmiş TP4304444 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş nümayəndənin bilavasitə tabe olduğu orqana (Bərdə RPŞ-nə) məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətçini ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE 17594513 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 01.01.1983-cü ildə Bərdə rayonu, Kətəlparaq kəndində doğulmaqla həmin ünvanda da qeydiyyatdadır. 12.04.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-nin 342.6-ci maddə ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bərdə RPŞ-nin DYPB-nin 12.04.2021-ci il tarixli TB ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 İXM-in 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə olmunmuşdur. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 məhkəməyə şikayət verərək, Bərdə RPŞ-nin DYPBnin12.04.2021-ci il tarixli TB ******* nömrəli qərarının ləğvinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İXM-in 342.6-cı maddəsinə əsasən, 342.6. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - 50 (əlli) manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən baxış keçirilmiş “CD” daşıyıcıda olan videogörüntüdə Bərdə RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən “HAVAL” minik markalı, **-RE-*** d.n.n-lı avtomobilin saxladılması və sürücü barədə protokolun tərtib edilməsi təsvir olunsa da, DYPB-nin əməkdaşının sürücünü hansı səbəbdən saxladığını (sürücünün mobil telefondan istifadə etməsi) və aralarında olan dialoqun hansı mövzüda aparıldığı (səs effekti olmadığından) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xəta haqqında protokoldan müəyyən edilir ki, X3 İXM-in 342.6-cı maddəsi ilə inzibati xəta törətmiş və İXM-in tələblərinə uyğun olaraq barəsində 342.6-cı maddəsi ilə qərar qəbul edilərək 50 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, X1 25.03.2021-ci il tarixdə, saat 18:40 radələrində avtomobildə hərəkətdə olarkən mobil telefondan istifadə etməsinə görə inzibati xəta haqqında protokol tərtib edilsədə iş materiallarında olan sübutlarla bu fakt öz təsdiqini tapmamışdır. Göründüyü kimi, X1 avtomobildə hərəkətdə olarkən mobil telefondan istifadə etməsi sübut olunmasa da onun barəsində İXM-nin 342.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X1 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda X1 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki şikayət təmin edilməli, Bərdə RPŞ-nin DYPB-nin 12.04.2021-ci il tarixli TB ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X3 barəsində İXM-in 342.6-cı mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Bərdə Rayon Polis Şöbəsinin, Dövlət Yol-polisi Bölməsi tərəfindən X3 barəsində qəbul edilmiş 12.04.2021-ci il tarixli TB ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində İXM-in 342.6-cı mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-441/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-441/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver