Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-442/2021 17.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X13 oğlunun, Bərdə rayon X16 yol polisi bölməsi yol patrul xidmətinin inspektorları polis kapitanı X7, polis baş serjantı X6 və polis baş serjantı X5, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Ağdam rayonunda doğulmuş, orta təhsilli, satıcı iıləyən, evli, iki az yaşlı uşaq atası Bərdə rayonu, Şirvanlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 aprel 2021-ci il tarixdə Bərdə şəhəri Ü.Əzibəyov küçəsində polisin qanuni tələbini pozaraq, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X13 oğlu izahatında göstərdi ki, 17 aprel 2021-ci il tarixdə Bərdə rayonu Ü.Həcibəyov kücəsində qanunla müəyyən olmuş yerdə avtomobili saxladığı üçün yol polisi əməkdaşları Şəxs cərimə tərtib etmişlər. Bundan bir müddət sonra xidmətdə olan polis əməkdaşları başqa bir şəxsə inzibati protokol tərtib edən zaman Şəxs əks istiamətdə hərəkət zolağına cıxraq maşının sol güzgüsü ilə xidmətdə olan polis əməkdaşını, polis baş serjantı X3 vurub və sonra o, polis baş serjantı X6 və onunla xidmətdə olan digər polis əməkdaşları ilə mübahisə edib. Məhkəmədən Şəxs qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 17 aprel 2021-ci il tarixdə Bərdə rayonu Ü.Həcibəyov küçəsində qanunla müəyyən olmuş yerdə avtomobili saxladığı üçün yol polisi əməkdaşları tərəfindən ona inzibati protokol tərtib olunmuşdu. Təxminən 15-20 dəqiqə sonra “Bakı” adlı aptekə tərəf dönərkən yolda tıxac olduğu üçün qanunu pozaraq sola dönən zaman, yolda dayanan polis əməkdaşından yol istəyib keçərkən, polis əməkdaşına bilmədən yüngül toxunub. Bundan sonra aralarına mübahisə yaranıb və onu daha sonra polis maşınına otuzduraraq Bərdə rayon Polis Şöbəsinə aparıblar. Törətdiyi əməldən peşmandır, polis əməkdaşlarından üzr istəmişdir. Hadisə qəsdən baş verməmişdir. Məhkəmədən barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahatı alınan Bərdə rayon X16 yol polisi bölməsi yol patrul xidmətinin inspektoru polis baş serjantı X6 verdiyi izahatında bildirdi ki, 17 aprel 2021-ci il tarixdə Bərdə rayonu Ü.Həcibəyov kücəsində qanunla müəyyən olmuş yerdə avtomobili saxladığı ücün Şəxs protokol tərtib olunmuşdu. Daha sonra digər xidmət yoldaşlarım ilə başqa bir şəxsə protokol tərtib edən zaman Şəxs əks istiamətdə hərəkət zolağına cıxraq maşının sol güzgüsü ilə onu vurub, sonra o və onun digər xidmət yoldaşları ilə mubahisə edib. Məhkəmədən Şəxs qardaşı köhnə polis əməkdaşı olduğundan və rəhmətə getdiyindən, bundan başqa əməlindən peşman olduğundan, ona yüngül cəza verməyini xahiş etdi. Məhkəmə iclasında digər şahidlər, Bərdə rayon X16 Yol Polisi bölməsi yol patrul xidmətinin inspektorları polis kapıtanı X7, polis baş serjantı X1 rayon X16 yol polisi bölməsi yol patrul xidmətinin inspektoru polis baş serjantı X2 izahatına uyğun olan eyni məzmunlu izahatlar verdilər. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, protokol tərtib etmiş sahə müvəkilinin və şahidlərin izahatları, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 17 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Barəsində inzibati icraat aparılan şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs 17 aprel 2021-ci il tarixdə Bərdə şəhəri Ü.Əzibəyov küçəsində Polisin qanuni tələbini pozaraq, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin tərkibi olduğundan o, həmin maddə ilə məsuliyyətə cəlb edilməklə barəsində inzibati qaydada cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əməlindən səmimi peşman olmasını, məhkəmə iclas zalında polis əməkdaşlarından üzr istəməsini, polis əməkdaşlarının ona qarşı şikayətlərinin olmamasını və barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmələrini nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRAR ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq olunsun. Qərarın icrası Bərdə rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-442/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-442/2021
17.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver