Məhkəmə qərarları › İş №3(021)-443/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-443/2021

18.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-443/2021 18.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 01 yanvar 1985-ci ildə şəhərində anadan olmuş, orta təhsilli, işləyməyən, evli, himayəsində 4 uşağı olan, Bərdə şəhəri H.Z.Tağıyev küçəsi ev 19-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 aprel 2021-ci il tarixdə yaşadığı ünvanda qızına nişan mərasimi keçirmişdir Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 ifadəsində bildirmişdir ki, Bərdə rayon X9 X5 tağım komandiri, polis X6 tərəfindən verilmiş raport əsasında protokol tərtib eləmişdir. Həmin protokol ona görə tərtib edilmişdir ki, Şəxs qızı X3 nişan mərasimi keçirmişdir. Buna əsasən də polis əməkdaçları onu polis şöbəsinə aparmış və barəsində tutma protokolu tərtib edilmişdir. Lakin Şəxs əməlindən peşman olmasını, ürək və şəkər xəstəliyindən əziyyət çəkməsini nəzərə alıb ona cərimə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs bildirmişdir ki, 17 fevral 2021-ci ildə qızı X4 nişan mərasimi keçirmək istəyib. Gələcəkdə olan kürəkən hərbiçi olduğu üçün, onu hərbi hissədən buraxmadıqlarına görə, onlar mərasimi təxirə salıblar. Polis əməkdaşları onların evinə gedib onahəmin yığıncaqların qadağan edilməsi lə bağlı xəbərdarlıq edilib. Həri mərasiminin təxirə salınmasına baxmayaraq evlərində 13-14 nəfər qohumları olmuşdur. Törətdiyi əməldən peşmandır, hamiyəsində 4 qız övladı vardır. O, şəkər və ürək xəstəsi olduğundan ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkib əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin araşdırılmış hallarına əsasən qeyd edir ki, Şəxs hərəkətlərində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması tərkibi mövcud olduğundan o, həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmiş, lakin himayəsində 4 qız övladının olması, əməlindən peşman olmasını, ürək və şəkər xəstəliyindən əziyyət çəkməsini məhkəmə, onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Beləliklə, hesab edirəm ki, Şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması kimi inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izhatları və digər sübutlarla tam təsdiq olunduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 1310/21 nömrəli 17 aprel 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs 17 fevral 2021-ci ildə saat 21:30-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsini tələblərinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilsin. Şəxs 17 aprel 2021-ci ildə saat 21:30-dan 18 aprel 2021-ci il saat 12:40-dək tutulması nəzərə alınmaqla onun üzərində qəti olaraq 100 (yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar