Məhkəmə qərarları › İş №3(021)-448/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-448/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-448/2024 15.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, xx.xx.1990-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qəbələ rayonu, Xırxatala kəndində yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallara əsasən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində Qəbələ rayonu, Xırxatala kəndində yaşayan X1 hüququ olmaqla, sərxoş olmadan, etibarnamə ilə idarə etdiyi Opel Vectra minik markalı ** EV *** dövlət qeydiyat nişanlı avtomobillə Bərdə şəhəri Babək küçəsindən Bərdə şəhəri, Koroğlu küçəsi istiqamətində 40-50 km/ saatla hərəkətdə olan zaman yanacaq doldurma məntəqəsinin yanından keçdiyi zaman yol nisbətən döngəli olmuş, həmin yerdə yol örtüyü buzlu olduğu üçün idarə etməni itirərək yolun əks istiqamətində hərəkətdə olan X3 hüququ olmaqla idarə etdiyi Vaz 21063 minik markalı ** BA *** dövlət nömrə nişanlı avtomobili ilə toqquşmuş, nəticədə Vaz2106 markalı ** BA *** dövlət qeydiyat nişanlı avtomobildə sərnişin olan X2 qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almışdır. Bunula da X5 Azərbaycan Respublikası İXMin 327.8-ci maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Ona görə də Bərdə rayonu Yol patrul xidməti baş inspektoru X8 tərəfindən X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokol tərtib edən şəxs və ya səlahiyyətli orqanın nümayəndəsi iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokolla və iş materialları ilə sübuta yetirilir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışa əsasən X5 – xx.xx.1990-cı il tarixdə ünvan 1i ünvanında yaşayır. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsi TB-nin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən qəbul edilmiş 27 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən icraatında toplanmış HK-1/380 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə RPŞ-nın DYPB-nə verilməsi, qərarın surətinin məlumat üçün maraqlı tərəflərə və rayon prokuroruna göndərilməsi, toplanmış materialın saxlanması üçün rayon Polis Şöbəsinin arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon YPX baş inspektor X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində Qəbələ rayonu, Xırxatala kəndi ünvanında yaşayan X5 tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində Qəbələ rayonu, Xırxatala kəndində yaşayan X1 hüququ olmaqla, sərxoş olmadan, etibarnamə ilə idarə etdiyi Opel Vectra minik markalı ** EV *** dövlət qeydiyat nişanlı avtomobillə Bərdə şəhəri Babək küçəsindən Bərdə şəhəri, Koroğlu küçəsi istiqamətində 40-50 km/ saatla hərəkətdə olan zaman yanacaq doldurma məntəqəsinin yanından keçdiyi zaman yol nisbətən döngəli olmuş, həmin yerdə yol örütüyü buzlu olduğu üçün idarə etməni itirmiş və və avtomobil sürüşməyə başlamış, həmin vaxt yolun əks istiqamətinə çıxaraq qarşıdan gələn VAZ-2106 markalı avtomobil ilə qarşı qarşıya toqquşmuşaraq yol nəqliyyat hadisəsi törətmişdir və nəticədə Vaz2106 markalı ** BA *** dövlət qeydiyat nişanlı avtomobildə sərnişin olan X9 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bunula da X5 Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində göstərilən inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İXM-nin 327.8.ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən X4 əməlində onun məsuliyyətini yüngülləşdirən hal ilk dəfə inzibati xəta törətməsi, habelə hadisədən zərərçəkmiş şəxsin şikayətinin olmamasıdır. Məhkəmə tərəfindən inzibati xəta törədən X4 əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş X4 şəxsiyyətini və hadisə nəticəsində xəsarət alan şəxsin şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, məhz bu yolla həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətalara yol verilməsinin qarşısını almaq olar. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan RespublikasınınİXM-nin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs İXM-in 327.8-ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 300 (üç yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar