Məhkəmə qərarları › İş №3(021)-449/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-449/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-449/2022 13.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, X13 xidməti inspektoru polis içik serjantı X1, Barəsində inzibati icraat aparılan X4 iştirakları ilə, xx xxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binqədi rayonu, 11-ci Aşırım ev 58 mənzil 19-da yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş materiala Bərdə Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bərdə Rayon Polis Şöbəsindən Bərdə Rayon Məhkəməsinə daxil olmuş inzibati materialdan görünür ki, Şəxs 02 aprel 2022-ci il tarixdə, saat 14:28 radələrində Bərdə rayonu ərazisində özünə məxsus Mercedes Benz S600 markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomaşına müvafiq icazəsi olmadan sayrışan işıq siqnalı ilə təhciz etmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib emiş X14 Şöbəsinin inspektoru X7 izahat verərək bildirmişdir ki, avtomaşında sayrışan işıq siqnalı olduğundan abtomobil dayandırılmış, protokol tərtib edilmişdir. Məhəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməmiş və izahat verib bildirmişdir ki, sayrışıan işıq siqnalından istifadə etməyib amma işıqlar maşında qurulu halda olmuşdur. Əməlindən səmimi peşmandır birdə belə hərəkətə yol verməyəcəkdir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək, belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan subutlarla müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs 02 aprel 2022-ci il tarixdə, saat 14:28 radələrində Bərdə rayonu ərazisində özünə məxsus Mercedes Benz S600 markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomaşına müvafiq icazəsi olmadan sayrışan işıq siqnalı ilə təhciz etmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan məbləğində inzibati tənbeh tədbirləri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs əməlində ağırlaşdıran və yüngüləşdirən hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onun yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati xətanın törədilməsində bilavasitə obyekti olmuş əşya olan sayrışan işıq cihazı müsadirə edilməklə, inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏRAR V E R D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək inzibati xətanın törədilməsində bilavasitə obyekti olmuş əşya olan sayrışan işıq cihazı müsadirə edilməklə, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın inzibati xətanın törədilməsində bilavasitə obyekti olmuş əşya olan sayrışan işıq cihazının müsadirə olunması hissəsində icra edilməsi Bərdə rayon X8 X11, inzibati cəriməyə aid hissəsində icrası Bərdə rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov İş №-3(021)-449/2021 Məhkəmə baxış iclasının Protokolu 13 aprel 2021-ci il Bərdə şəhəri Bərdə Rayon Məhkəməsi Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, X13 xidməti inspektoru polis içik serjantı X2, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, Barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 12:00-da başladı. Sədrlik edən məruzə etmək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi: Hörmətli məhkəmə, məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və X13 xidməti inspektoru polis içik serjantı X5 gəlmişdir. Sədrlik edən məhkəmə tərkibini elan edərək göstərdi ki, sədrlik edir hakim Elsun Əhmədov, məhkəmə iclas katibi Orxan Bayramovdur. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 73 və 74-cü maddələrinin tələblərini izah edərək sədrlik edən hakimə və məkhəmə iclas katibinə proses iştirakçılarının etirazlarının olub-olmadığını soruşdu. Sədrlik edənin sualına cavab olaraq proses iştirakçıları sədrlik edən hakimə və məkhəmə iclas katibinə etirazlarının olmadıqlarını bildirdilər. Sədrlik edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini müəyyən edir. xx xxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binqədi rayonu, 11-ci Aşırım ev 58 mənzil 19-da yaşayır. Sədrlik edən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Sədrlik edənin sualına cavab olaraq barəsində inzibati icraat aparılan X6: Hörmətli məhkəmə, mənə hüquqlarım və vəzifələrim tam aydındır. Mən hüquqlarımı özüm müdafiə edəcəm. Nə dövlət hesabına, nə öz hesabıma vəkilin hüquqi xidmətlərinə zərurət yoxdur. Müdafiəçidən imtina etməyim mənim maddi vəziyyətimlə bağlı deyildir. Sədrlik edənin icazəsi ilə barəsində inzibati icraat aparılan X6 vəkildən imtina ilə bağlı yazılı ərizəsini məhkəməyə təqdim edir. Sədrlik edənin sualına cavab olaraq inzibati xəta haqqında protokolları tərtib etmiş X13 xidməti inspektoru polis kiçik serjantı X5 hüquq və vəzifələrinin ona aydın olduğunu bildirdi. Sədrlik edən inzibati xəta haqqında protokol tərtib etmiş X13 xidməti inspektoru polis kiçik serjantı X3 izahat vermək üçün məhkəmə iclas zalındakı kürsüyə dəvət edir. X13 xidməti inspektoru polis kiçik serjantı X2 İzahatı Hörmətli məhkəmə, Şəxs avtomaşında sayrışan işıq siqnalı olduğundan avtomobil dayandırımış, protokol tərtib edilmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirəm. Suallar olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat vermək üçün məhkəmə iclas zalındakı kürsüyə dəvət edir. Barəsində inzibati icraat aparılan Şəxs İzahatı Hörmətli məhkəmə, sayrışıan işıq siqnalından istifadə etməmişəm, amma işıqlar maşında qurulu halda olmuşdur. Əməlimdən səmimi peşmanam birdə belə hərəkətə yol verməyəcəm. Mənə köməklik göstərilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edənin sualına Şəxs cavabı: - Hörmətli hakim, bəli peşmanam. - Barəmdə cərimə tətbiq edilməsini xahiş edirəm. Suallar olmadı. Sədrlik edən iş materiallarında olan sənədləri elan edir. Sədrlik edən hazırki iş üzrə proses iştirakçılarından əlavə və vəsatətlərinin olubolmamasını soruşur. Sədrlik edənin sualına cavab olaraq proses iştirakçıları əlavə və vəsatətlərinin olmadıqlarını bildirirlər. Sədrlik edən müşavirə otağına gedir və müşavirə otağından qayıtdıqdan sonra məhkəmənin qərarını elan edir. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Sədrlik edən Elsun Əhmədov Məhkəmə iclas katibi Orxan Bayramov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20- 52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «13» aprel 2022-ci il № 3(021)- 449/2022 Bərdə rayon Polis Şöbəsinə Bərdə Rayon Məhkəməsinin 3(021)-449/2022 saylı 13 aprel 2022-ci il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “02” vərəqə; Hakim Elsun Əhmədov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20- 52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «13» aprel 2021-ci il № 3(021)- 449/2022 Şəxs Bakı şəhəri, Binəqədi rayonu, 11ci Aşırım ev 58 mənzil 19 Bərdə Rayon Məhkəməsinin 3(021)-449/2022 saylı 13 aprel 2022-ci il tarixli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “02” vərəqə; Hakim Elsun Əhmədov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20- 52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «23» aprel 2021-ci il № 3(021)- 449/2022 Bərdə rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Rusif Quliyevə Bərdə Rayon Məhkəməsinin 3(021)-449/2022 saylı 13 aprel 2022-ci il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərarın surəti “02” vərəqə. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar