Məhkəmə qərarları › İş №3(021)-449/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-449/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-449/2024 08.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1998-ci ildə Bərdə rayonu Piyadalar kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə rayonu Piyadalar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 aprel 2024-cü il tarixdə saat 11 radələrində Bərdə şəhəri H.Əliyev prospektində polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, VAZ-21063 minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili təzə almışdır. Avtomobili idarə etmək üçün sürücülük hüququ, o cümlədən sürücülük vəsiqəsi yoxdur. 07 aprel 2024-cü il tarixdə saat 11 radələrində idarə etdiyi avtomobillə Bərdə şəhəri H.Əliyev prospekti “Lider” İnşaat Malları mağazasına gedəkən DYP əməkdaşları ona saxla işarəsi vermiş, sürücülük hüququ olmadığından avtomobili ara küçəyə sürüb, təxminən 30 metr getdikdən sonra avtomobili saxlamışdır. Polis əməkdaşlarına qarşı hörmətsizlik etməmişdir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında göstərdi ki, Şəxs 07 aprel 2024-cü ildə saat 11 radələrində idarə eytdiyi VAZ-21063 minik markalı **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşlarının saxla işarəsinə məhəl qoymayaraq avtomobili idarə edərək getmiş, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis X7 Xidməti Bölüyünün inspektoru X2 göstərdi ki, xx.xx.2024-cü ildə saat 11 radələrində Bərdə şəhəri H.Əliyev prospektində xidmətdə olarkən VAZ-21063 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs təhlükəizlik kəmərindən istifadə etmədiyi üçün saxla işarəsi vermişlər. Lakin sürücü onların saxla işarəsinə məhəl qoymayaraq avtomobili sürüb getmiş və ara küçəyə dönmüşdür. Həmin yerə çatanda görmüşlər ki, sürücü avtomobildə olan sərnişinlə yerini dəyişir. Şəxs idarə etdiyi VAZ-21063 minik markalı **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobili duracağa aparmaq istəmiş, sonuncu tabesizlik göstərərək avtomobili aparmalarına mane olmuşdur. Şəxs qanunsuz hərəkətlərini dayandırmağı tələb etmələrinə baxmayaraq sonuncu avtomobili duracağa aparmalarına mane olmuşdur. Həmin səbəbdən Bərdə Rayon Polis Şöbəsinin PPXB-nün əməkdaşlarını dəvət etmiş, PPXB-nin əməkdaşları gələrək avtomobili və Şəxs Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyib, şahidi dindirərək belə qənaətə gəlir ki, Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi inzibati xəta haqqında protokol, şahid ifadəsi, habelə protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati həbs növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Bundan başqa məhkəmə onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İşin gerçək halları ilə müəyyən edilmişdir ki, Bərdə RPŞ-nin əməkdaşları Şəxs qanunsuz hərəkətlərini dayandırmağı tələb etmələrinə baxmayaraq, o, qanunsuz hərəkətlərini davam etdirilmişdir. Bu hal İXM-nin 33.1.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan: “İnzibati qaydada tutma haqqında” 07 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə saat 1130-da inzibati qaydada tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 07 aprel 2023-cü il tarixdən saat 1130-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 07 aprel 2024-cü il tarixdən saat 1130-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar