Məhkəmə qərarları › İş №3(021)-45/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-45/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-45/2024 01.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, qərardan şikayət verən şəxs X2 iştirakı ilə, xx.xx.2000-ci ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2 və 332.3-cü maddələrində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində tərtib edilmiş İnzibati Tənbeh vermə haqqında Elektron qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin inzibati xəta haqqında (İXM-in 332.3 - nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi - 332.3-cü) barəsində qəbul etdiyi xx.xx.2024 tarixli qərarının qanunsuz və əsassız olması səbəbindən ləğv edilməsini Bərdə rayon Məhkəməsindən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin inzibati xəta haqqında (İXM-in 332.3 - nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi - 332.3-cü) barəsində qəbul etdiyi xx.xx.2024 tarixli qərarından şikayətçidir. O, barəsində həmin qərar qəbul edilən zaman nəqliyyat vasitəsini idarə etmək hüququ barədə Bərdə rayon Məhkəməsinin xx.xx.2023 tarixli, 3(021)-1746/2023 saylı qərarı qanuni qüvvəyə minməmişdi, çünki o, həmin qərardan Gəncə şəhər Apellyasiya məhkəməsinə şikayət vermiş və şikayət ərizəsi Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024 tarixli, 3(104)- 39/2024 qərarı ilə qismən təmin edilərək barəsində qəbul edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması ilə bağlı Bərdə rayon Məhkəməsinin qəbul etdiyi qərarı həmin hissədə ləğv etmişdir. Məhkəmə iclasında X5 iştirak edərək şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqana məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın verilməsinə əsas olmuş materialları və sübutları təqdim etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini iş materialları və təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AA4956669 nömrəli, 7C4RX71 Fin kodlu şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət məlumatlarından görünür ki, X5 – xx.xx.2000-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır. İş materiallarında olan DİN DYP Web Portalından çıxarışda əks edilən inzibati tənbeh vermə haqqında nömrəsiz qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 20:36 radələrində Bakı Qazax yolunun 312.4 km-də istifadəsində olan VAZ 21074 MİNİK markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə İnzibati Xətalar Məcəlləsinin 346.2 və 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqslirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(021)- 1746/2023 nömrəli qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitəsinin idarə etmə hüququ məhdudlaşdırılması tənbehinin tətbiq edilməsi, qərarın icrasının Azərbaycan Respublikası DİN-in BDYPİ-nin Yevlax 7 saylı RQİŞ-yə həvalə edilməsi, barəsində inzibati icraat aparılan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi və tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon X11 Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 3(104)-39/2024 nömrəli qərarından görünür ki, Apellyasiya şikayətinin qismən təmin edilməsi, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bərdə Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 3(021)- 1746/2023 nömrəli qərarının inzibati tənbehin növü ilə bağlı hissədə dəyişdirilməsi, X3 İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması tənbehi 400 (dörd yüz) manat inzibati cərimə ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin inzibati xəta haqqında (İXM-in 332.3 - nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi - 332.3-cü) barəsində qəbul etdiyi xx.xx.2024 tarixli qərarının qanunsuz və əsassız olması səbəbindən ləğv edilməsini Bərdə rayon Məhkəməsindən xahiş etmişdir. İXM-in 332.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə üç yüz manat məbləğində cərimə edilir. İXM-in 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. İXM-in 346.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Həmin maddənin İV hissəsində nəqliyyat vasitələrinin dayanmasının, Vİ hissəsində isə nəqliyyat vasitələrinin durmasının qadağan edildiyi yerlərin siyahısı verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, iş materiallarından X5 tərəfindən AR.İXM-in 332.3-cü mаddəsi ilə inzibati xətanın törədilməsi və ya həmin xətanın törədilməsində X2 təqsiri sübuta yetirilmir. Çünki, X2 İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 06 ay müddətinə nəqliyyat vasitəsinin idarə etmə hüququnun məhdudlaşdırılması tənbehinin tətbiqinə dair Bərdə rayon Məhkəməsinin 3(021)-1746/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı hələ qüvvəyə minməmiş həmin qərardan X5 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq məhkəmənin 3(104)-39/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində tətbiq edilmiş 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması tənbehi 400 manat məbləğində inzibati cərimə ilə əvəz edilmişdir. Belə olan halda şikayət qismən təmin edilməklə şəxsin nəqliyyat vasitəsini idarə etmə hüququ olduğundan onun barəsində İXM-in 346.2 və 332.3-cü mаddələri ilə DİN BDYPİ Polis Polkovnik X1 tərəfindən EQ 18998233 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Elektron qərar ləğv edilməli, X2 barəsində İXM-in 332.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə iş üzrə icraata xitam verilməli, barəsində İXM-in 346.2-ci maddəsi ilə olan hissədə isə inzibati araşdırma aparılması və tədbir görülməsi məhkəmənin səlahiyyətinə aid olmadığından həmin maddə üzrə hazırki qərar (material) yenidən araşdırma aparılması və inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə DİN BDYPİ-nə göndərilməlidir. Belə ki, İXM-in 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 333-1, 334, 334-1, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343.1 – 343.7, 343.9, 343-1.1 – 343-1.9, 343-1.11, 349, 351, 351-1, 353.5, 361, 362-3, 363, 363-1, 363-2, 368‒379, 381.1‒381.7, 388‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394.0.8, 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.1-2, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477- 2.2, 479‒481, 482.1, 482-1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 562-1, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598, 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 saylı Fərmanının 5.1-ci bəndinə əsasən həmin İXM-nin 157, 209, 212.1, 212.4, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 326-1, 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3, 333.1, 333-1.1, 334.1, 334-1.1,335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.5, 338.8, 338.9, 339.1, 339.1-1, 342.1.1 – 342.1.8, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 343.8, 343-1.1, 343-1.5, 343-1.10, 344, 345, 346, 347, 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.7, 355 – 358, 428.5, 443.2, 457-1.1.1, 457-1.1.2, 457-1.2, 510, 513, 514, 517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 – 586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İXM-in 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və İXM-in 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. İXM-in 137.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət qismən təmin edilsin. X5 barəsində İXM-in 346.2 və 332.3-cü mаddələri ilə DİN BDYPİ Polis Polkovnik X1 tərəfindən EQ 18998233 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında Elektron qərar ləğv edilsin, X5 barəsində İXM-in 332.3-cü maddəsi ilə olan hissədə iş üzrə icraata xitam verilsin, İXM-in 346.2-ci maddəsi ilə olan hissədə isə qərar inzibati araşdırma aparılması və inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi və tədbir görülməsi üçün səlahiyyətli orqan olan DİN BDYPİ-nə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar