Məhkəmə qərarları › İş №3(021)-45/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-45/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-45/2025 15.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Bərdə rayonunda doğulmuş, orta təhsilli, subay, işləmir, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə rayonu Mirzalıbəyli kəndində uca səslə, nalayiq ifadələr işlətməklə polisin qanuni tələbini pozmuşdur . Məhkəmə iclasında Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında göstərdi ki, 13 yanvar 2025-ci il tarixdə polis serjantı Taryel Əliyevin raportu icraatına daxil olmuşdur, həmin raport əsasında Şəxs barəsində İXM-nin 510-cu və 535.1ci maddələri ilə icraat başlamış və protokol tərtib etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 13 yanvar 2025-ci il tarixə Bərdə rayonu Mirzalıbəyli kəndində Şəxs telefon vasitəsi ilə danışarkən əsəbi halda, aqresiv şəkildə, uca səslə danışmış, ünvansız nalayiq ifadələr işlətmiş, söyüşlər söymüşdür. Həmin vaxtı ərazidə xidmətdə olan polis serjantı Əliyev Taryel ona yaxınlaşaraq, intizama dəvət etmiş, nalayiq ifadələr işlətməməsini demiş, lakin Şəxs polis əməkdaşının qanuni tələbinə tabe olmamış, hərəkətlərini davam etdirmiş, səs-küylə, diqqəti özünə cəlb etməyə çalışmış, buna görə də onu izahat vermək üçün polis şöbəsinə dəvət etmiş, lakin həmin şəxs izahat vermək üçün gəlmək istəməmiş, buna görə də onu 13 yanvar 2025-ci il tarixdə onu Bərdə Rayon Polis Şöbəsinə gətirmişlər. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, 13 yanvar 2025-ci il tarixdə Bərdə rayonu, Mirzalıbəyli kəndində telefonla əsəbi şəkildə, ucadan danışmış, polis əməkdaşı Əliyev Taryel ona yaxınlaşmış, ucadan danışmamasını, səs-küy salmamasını demişdir. Lakin o, polis əməkdaşının tələbinə tabe olmamış, yenidən ucadan danışmağa, söyüş söyməyə başlamışdır, yenidən polis əməkdaşı ona yaxınlaşmış, yenə sakit danışmasını bildirmişdir, həmin vaxtı əsəbi olmuş, Taryel Əliyevlə mübahisə etmiş, sözlü etiraz etmişdir. Polis əməkdaşına əl-qol atmamışdır, heç bir xəsarət yetirməmişdir, polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, polis şöbəsinə getməkdən imtina edərək, ordan uzaqlaşmaq istəmiş, buna görə də polis içiləri onu Polis Şöbəsinə gətirmişdir. Əməlindən səmimi peşmandır, özünü təqsirli bilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 göstərdi ki, 13 yanvar 2025-ci il tarixdə, Bərdə rayonu, Mirzalıbəyli kəndində xidmətdə olarkən Şəxs ictimai yerdə əsəbi halda, uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməklə danışmış, söyüş söymüşdür, Şəxs yaxınlaşmış, ona ictimai yerdə nalayiq ifadələr işlətməməməsini, sakit danışmasını bildirsə də, Şəxs ona məhəl qoymamışdır, onu intizama dəvət etdiyinə görə Şəxs onunla mübahisə etmiş, əl-qol hərəkətləri atmışdır, buna görə də onu polis şöbəsinə dəvət etmiş, lakin Şəxs gəlməkdən imtina etmiş, uzaqlaşmağa çalışmış, 13 yanvar 2025-ci il tarixdə Şəxs polis şöbəsinə gətirmişlər. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs müdafiəçidən imtina etməsi, bu halın onun maddi vəziyyəti ilə bağlı olmaması, hüquqlarını özünün müdafiə edəcəyi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 15 yanvar 2025-ci il tarixli, MN №2050178 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 yanvar 2025-ci il tarixdə Bərdə rayonu, Mirzalıbəyli kəndində ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü ildə saat 1730-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli izahatında məhkəmədə qeyd etdiyi törətdiyi hüquq pozuntusunu etiraf etmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Musa Nəcəfliyə inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin şikayətinin olmadığını, eləcə də iki gün müddətində inzibati qaydada tutulduğunu, şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinib, bаrəsində 150 (yüz əlli) manat cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinərək, barəsində 150 (yüz əlli) manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar