Məhkəmə qərarları › İş №3(021)-450/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-450/2024

11.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-450/2024 11.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Bərdə rayon Kətəlparaq kəndində anadan olmuş, Bərdə rayon Soğanverdilər kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 11 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X3 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixində Bərdə Rayon Məhkəməsində hakim Fuad Babşovun sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı səs-küy salaraq ucadan məhkəmənin ünvanına nalayiq ifadələr işlətmiş, stola təpiklə vuraraq məhkəmənin iş fəaliyətinə mane olmuşdu. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə sənədlər təqdim edərək bildirdi ki, müharibə veteranıdır. Vətən Müharibəsində iştirak etmiş, ağır yaralanmışdır. Bundan sonra öz hətəkətlərini idarə edə bilmir. Hazırda “Respublika Psixiatriya Xəstəxanası”nda müalicə alır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını, müharibə veteranı olmasını nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində iştirak edən X4 bildirdi ki, Bərdə rayon Mühafizə Şöbəsində işləyir. Xidmət yeri Bərdə Rayon Məhkəməsidir. xx.xx.2024-cü il tarixində Bərdə Rayon Məhkəməsində olarkən hakim Fuad Babşovun sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı bir nəfər şəxsin səs-küy salaraq ucadan nalayiq ifadələr işlətdiyini eşidib iclas zalına daxil olmuşdur. Həmin vaxt bir nəfər şəxsin stola təpiklə vurduğunu və məhkəmə iclas katibi Afət Abbasovanı üzərinə hücum çəkdiyini görmüş və dərhal onu zaldan uzaqlaşdırmışdır. Lakin o, məhkəmənin həyətində də öz hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin şəxsin Şəxs olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirdi ki, Bərdə Rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixində saat 09:45 radələrində Bərdə Rayon Məhkəməsinin inzibati binasının həyətində tanımadığı şəxsin məhkəmənin ünvanına nalayiq ifadələr söyüşlər işlətdiyini eşitmişdir. Onu nə qədər nizam intizama dəvət etsə də o, öz hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin şəxsin Şəxs olduğunu bilmişdir. İşdə olan Bərdə Rayon Məhkəməsində tərtib olunan xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, 08 aprel 2024-cü il tarixdə saat 09:10–da olan məhkəmə prosesi zamanı iddiaçı Şəxs prosesi pozmuş, yüksək səslə danışaraq aqressiv münasibət göstərərk məhkəmə zalında iki dəfə stola təpiklə vurmuş, hakimin ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs polis əməkdaşı Azər Tağızadənin göstərişlərini yerinə yetirməmiş və onun qanuni tələblərinə tabe olmamışdır. O, məhkəmənin həyətində də məhkəmənin ünvanına nalayiq söyüşlər və təhqirlər söyləməyə davam etmişdir. İşdə olan 11 aprel 2024-cü il tarixli, MN №2078633 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 aprel 2024-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin inizibati binasında və inzibati binanın həyətində səs-küy salaraq ucadan ünvansız söyüşlər söymüşdür. İşdə olan M/V №103789 nömrəli Vəsiqədən görünür ki, Şəxs müharibə veteranıdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli №3079 nömrli Rəyindən görünür ki, Şəxs “Fəlakət (İİ Qarabağ Müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri, koqnitiv funksiyaların enməsi ilə F62.0” diaqnozu qoyulmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi isə özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallar və şahid ifadələri ilə təsdiq olunur. Onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, müharibə veteranı olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə İXM-nin 33.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etmələrinə baxmayaraq, öz hüquqa zidd hərəkətini davam etdirilməsini məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs nun İXM-in 510-cu mаddəsi ilə təqsirli bilinib bаrəsində 100 (bir yüz) manat cərimə tənbehi tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tətbiq olunan inzibati tənbehlə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 100 (bir yüz) manat inzibati tənbeh- cərimə tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar