Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-451/2024 25.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci il tarixdə, Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Qaradəmirçi kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində (bundan sonra Bərdə RPŞ) 11 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan ov tüfəngini əldə edərək saxlamışdır. Məhkəmə iclasında iş üzrə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi əməli etiraf edərək, hazırda əməlindən peşman olduğunu bildirdi. Bərdə Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nüamyəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Bərdə Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN №2076838 nömrəli protokolda göstərilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan ov tüfəngini əldə edərək saxlamış və daşımışdır. Bərdə rayon Polis Şöbəsinin cinayət işinin başlanmsının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2 xx.xx.2024-cü il tarixdə raportla məruzə edərək həmin tarixdə Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Şəxs məxsus, xx.xx.2016-cı il tarixdə Bərdə RPŞ-də 304 nömrəli şəhadətnamə ilə qeydiyyata alınmış, 16 kalibrli, 11388 nömrəli "İJ-18" markalı ov tüfənginin saxlanma və daşınma qaydalarının yoxlanması ilə əlaqədar həmin ünvanda olarkən Şəxs həmin silaha aid şəhadətnaməni təqdim etməsinə baxmayaraq, silahı itirdiyi və bununla bağlı vaxtında polis şöbəsinə məlumat vermədiyinin müəyyən edilməsini, həmçinin Şəxs yaşadığı evdən bir ədəd "Vinçester" markalı US-010078 markalı, qeydiyyatı olmayan silahın aşkar olunmasını bildirmiş, Raport Bərdə RPŞ-nin <<Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair kitabında 705-ci sırada qeydə alınaraq araşdırma aparılmış, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı Fariz Əsgərli tərəfindən Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Şəxs adına xx.xx.2010-cu il tarixli 304 nömrəli şəhadətnamə ilə qeydiyyata alınmış "İJ-18" markalı, 16 kalibrli, 11388 nömrəli ov tüfənginin saxlanma şəraiti yoxlanılarkən müəyyən olunmuşdur ki, Şəxs həmin ov tüfəngini müvafiq qaydada saxlamayaraq itirmiş, bu barədə polis şöbəsinə məlumat verməmiş, bununla yanaşı, müəyyən olunmuşdur ki, onun istifadəsində olan qanunsuz saxladığı 12 kalibrli, tək lüləli, "Vinchester" markalı US-010078 nömrəli ov tüfənginə aid müvafiq şəhadətnaməsi və qeydiyyatı yoxdur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin təkib əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İXMnin 590.1-ci və 590.2-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilərək icra olunması üçün qərarın surəti Bərdə RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilmiş, bununla yanaşı, Şəxs adına qeydə alınmış "İJ-18" markalı, tək lüləli, 16 kalibrli, 11388 nömrəli ov tüfənginin tapılması istiqamətində müvafiq əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinə verilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından icazə almadan mülki silah əldə etmiş, saxlamış və daşımışdır. Odur ki, onun barəsində Bərdə rayon Polis Şöbəsində İXM-in 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun xəta törətdiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə eyni zamanda qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin əməlində əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Belə olan halda, İXM-in 590.2-ci maddəsinin sanksiyasında silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə inzibati cərimə tənbehinin tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində silah və döyüş sursatı müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs İXM-in 590.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 12 kalibrli, tək lüləli, "Vinchester" markalı US-010078 nömrəli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə və Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-451/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-451/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver