Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-451/2025 22.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, Qarabağ Regional Təhsil İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən Qarabağ Regional Təhsil İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında işinin materiallarını araşdırıb, hesab edir ki, Qarabağ Regional Təhsil İdarəsinin barəsində inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, Qarabağ Regional Təhsil İdarəsi barəsində protokol elektron qaydada tərtib edilməmişdir. Məhkəmə qeyd edir ki, Qarabağ Regional Təhsil İdarəsi barəsində protokol elektron qaydada tərtib edilmədiyindən və sübutlar məhkəməyə natamam təqdim olunmuşdur. İş materiallarında ziddiyyət olduğundan məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-4.1. Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477- 1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokola əlavə edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından Qarabağ Regional Təhsil İdarəsi barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş 14 may 2025-ci il tarixli MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X1ytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, Qəraraaldı: Qarabağ Regional Təhsil İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib olunmuş 14 may 2025-ci il tarixli MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-451/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-451/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver