Məhkəmə qərarları › İş №3(021)-452/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-452/2022

07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-452/2022 07.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, X2 Bərdə rayon X6 Patrul Xidmətinin 24.03.2022-ci il tarixli qərarından verdiyi şikayətə baxaraq , məhkəmə MÜƏYYƏN ETDİ : X1 rayon X6 Patrul Xidmətinin 24.03.2022-ci il tarixli qərarından verdiyi şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab gəlir ki, X2 Bərdə rayon X6 Patrul Xidmətinin 24.03.2022-ci il tarixli qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət üzrə təqdim edilmiş materiallar natamamdır, şikayəti əsaslandıran sənəd əlavə olunmamışdır. Bu səbəbdən də həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər material səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X2 Bərdə rayon X6 Patrul Xidmətinin 24.03.2022-ci il tarixli qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutub, QƏRARA ALDİ: X2 Bərdə rayon X6 Patrul Xidmətinin 24.03.2022-ci il tarixli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar