Məhkəmə qərarları › İş №3(021)-453/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-453/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-453/2025 20.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X2 iclas katibliyi, Bərdə rayon Yol patrul xidməti inspektoru polis serjantı X4, zərərçəkmiş şəxs X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1993-cü ildə Ağdam rayonu, Şotlanlı kəndində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İİİ qrup müharibə əlili, Ağdam rayonu, Şotlanlı kəndində qeydiyyatda olan və Tərtər rayonu, Suqovuşan qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.3 və 332.4-cü mаddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:09 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində BMW 528İ minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən öndə hərəkətdə olan X5 idarə etdiyi VAZ 21063 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsindən vuraraq ona maddi ziyan vurmuşdur. Bərdə rayon polis şöbəsində xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.3 və 332.4-cü mаddələri ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında İXP ******* saylı prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Yol patrul xidməti inspektoru polis serjantı X4 protokolu müdafiə edərək ifadəsində göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:09 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində BMW 528İ minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən öndə hərəkətdə olan X5 idarə etdiyi VAZ 21063 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlamamış və onun arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ və etibarnamə olmadan idarə etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, X9 da nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Buna görə də Şəxs barəsində xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.3 və 332.4-cü mаddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 16:09 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində BMW 528İ minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən öndə hərəkətdə olan X5 idarə etdiyi VAZ 21063 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlamamış və arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı nəqliyyat vasitəsində tək olmuşdur və heç bir xəsarət almamışdır. X1 nəqliyyat vasitəsində tək olmuşdur və heç bir xəsarət almamışdır. Onun və X5 idarə etdiyi nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Sürücülük hüququ yoxdur. Qarabağ uğrunda gedən qisas əməliyyatında iştirak etmiş və İİİ qrup müharibə əlilidir. Əməlindən peşmandır, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 16:09 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində oğlu Səfqulu İdrisliyə məxsus VAZ 21063 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən arxada hərəkətdə olan Şəxs idarə etdiyi BMW 528İ minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ara məsafəsi saxlamamış və onun idarə etdiyi nəqliyyat vasitəsinin arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı nəqliyyat vasitəsində tək olmuşdur və heç bir xəsarət almamışdır. Həmçinin Şəxs nəqliyyat vasitəsində tək olmuşdur və heç bir xəsarət almamışdır. Onun və Şəxs idarə etdiyi nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Sürücülük hüququ yoxdur. Əməlindən peşmandır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.3 və 332.4-cü mаddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon X14 patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:09 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində BMW 528İ minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ və etibarnamə olmadan idarə edərək, eyni istiqamətdə ödə hərəkətdə olan X5 idarə etdiyi VAZ 21063 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlamamış və arxa hissəsindən vuraraq nəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Bərdə rayon X14 patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 xx.xx.2025-ci il tarixdə, saat 16:09 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində VAZ 21063 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ və etibarnamə olmadan idarə etmişdir. AZE №******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1993-cü ildə Ağdam rayonu, Şotlanlı kəndində doğulmuşdur, Ağdam rayonu, Şotlanlı kəndində qeydiyyatdadır və yaşayır. Ə №023181 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs İİİ qrup müharibə əlilidir. BB521019 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, BMW 528İ minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 mülkiyyətindədir. AZE № 14193657 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1957-ci ildə Tərtər rayonu, Hüsənli kəndində doğulmuşdur, Tərtər rayonu, Hüsənli kəndində qeydiyyatdadır və yaşayır. AC №266394 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 21063 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli İlkin qiymətləndirmə aktıdan görünür ki, X3 mülkiyyətində olan VAZ 21063 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitsəinə 350 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli, 811 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, Şəxs hadisə zamanı alkoqollu içki qəbul etməmişdir. xx.xx.2025-ci il tarixli, 811 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, X9 hadisə zamanı alkoqollu içki qəbul etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1.-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. İXM-nin 332.1.-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. İXM-nin 332.2.-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- iki yüz manat məbləğində cərimə edilir. İXM-nin 332.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir. İXM-nin 332.4.-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:09 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində BMW 528İ minik markalı ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ və etibarnamə olmadan idarə edərək, eyni istiqamətdə ödə hərəkətdə olan X5 idarə etdiyi VAZ 21063 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlamamış və arxa hissəsindən vuraraq nəqliyyat vasitəsinə maddi ziyan vurmuşdur. Belə olan halda inzibati xəta törədən şəxs Şəxs İXM-in 327.1, 332.1, 332.3 və 332.4-cü mаddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-1-ci maddəsinə qeyd edilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs İİİ qrup müharibə əlili olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 332.4-cü mаddəsi ilə təqsirli bilinib, bаrəsində 500 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi ilə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in 43-cü maddəsinə əsasən X6 Azərbaycan Respublikasının İXM-nin 327.1, 332.1, 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin DYPB-nə göndərilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü mаddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. X6 Azərbaycan Respublikasının İXM-nin 327.1, 332.1, 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bərdə rayon Polis şöbəsinin DYPB-nə göərilsin. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokol tərtib edən şəxsə və zərərçəkmiş şəxslərə göndərilsin. Qərаrın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar