Məhkəmə qərarları › İş №3(021)-454/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-454/2022

06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-454/2022 06.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3, Barəsində inzibati icraat aparılan Şəxs Cəlal oğlunun iştirakı ilə, xx xxxxx 1997-ci il tarixdə Bərdə şəhərində doğulmuş, orta təhsilli, işsiz, subay, Bərdə şəhəri Gəncə küçəsi ev 58 yaşayan Şəxs Cəlal oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 06 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs Cəlal oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 06 aprel 2022-ci il tarixli inzibati xəta haqqında qərar tərtib edilmişdir ondan ötəri ki, o, 04 aprel 2022-ci il tarixdə Bərdə şəhəri, Gəncə küçəsində yerləşən evin həyətinə girərək seloffan torbanı götürərək oğurlamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 227-ci maddədə nəzərdə tutulan inzibati xətanı il ərzində təkrar törətmişdir. İş materiallarından görünür ki, Şəxs Cəlal oğlu barəsində 06 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 bildirdi ki, Şəxs Cəlal oğlu 04 aprel 2022-ci il tarixdə Bərdə şəhəri, Gəncə küçəsində yerləşən evin həyətinə girərək seloffan torbanı götürərək oğurlamışdır. Məhkəmədən Şəxs Cəlal oğlunu həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs Cəlal oğlu protokol barəsində əsasız tərtib edilmişdir, o həmin seloffan torbanı oğurlamayıb. Protokolun ləğv olunmasını xahiş etdi. İş materiallarında olan 479 saylı 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs Cəlal oğlu 05 aprel 2022-ci il tarixdən saat 15:30-dan tutulmuşdur. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Cəlal oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmış, protokol özü də qanunvericiliyin tələbləri baxımından düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən isə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Cəlal oğlunun 04 aprel 2022-ci il tarixdə Bərdə şəhəri, Gəncə küçəsində yerləşən evin həyətinə girərək seloffan torbanı götürərək oğurlaması qeyd edilsə də, hazırki iş üzrə zərərçəkmiş şəxs tanınmamış, zərərçəkmiş şəxs qismində izahatı alınmamış, şahidlərin dairəsi müəyyən edilməmiş və eləcə də iş materiallarında konkret sübutlar mövcud deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs Cəlal oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə rayon Polis X1ytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon X5 Təhlükəsizlik Bölməsindən daxil olmuş Şəxs Cəlal oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinə geri qaytarılsın. Şəxs Cəlal oğlu məhkəmə iclas zalından dərhal azad edilsin. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar