Məhkəmə qərarları › İş №3(021)-454/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-454/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-454/2025 22.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, inzibati xəta haqqında protokolu tərtib etmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Bərdə şəhəri Qarabağ küçəsi ev 87-də yaşayan Şəxs barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 21 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutuklaraq X4 ödənilməlidir. Hazırda borclunun 4080 manat borcu yaranmışdır. Borcun yönəldilə biləcəyi əmlakı yoxdur. Borclu may ayı ərzində 1450 manat ödəniş etmişdir. Borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu ödəməmişdir. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Borclunun barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Borclu olduğu aliment məbləğindən hər ay ödənişlər etmişdir. Hazırda isə 1000 manat ödəniş etmişdir. Maddi imkansızlıq səbəbindən borcunu ödəyə bilməmişdir. Borcun ödənilməsi barədə ona xəbərdarlıq edilib, Bərdə Rayon İcra və probasiya Şöbəsinə dəvət edilmiş, izahat yazmışdır, məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibati işin materiallarına istinad: İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(021)-1207/2023 nömrəli icra sənədindən görünür ki, 03 yanvar 2011-ci il təvəllüdlü X12 və 06 noyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment Şəxs alınaraq X2 xeyrinə tutulmalıdır. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(021)-1207/2023 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş tələbin könüllü ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(021)-1207/2023 nömrəli icra sənədi üzrə borclu Şəxs borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(021)-1207/2023 nömrəli icra sənədi üzrə borclu Şəxs borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş borclunun axtarışı haqqında 13 may 2024-cü il tarixli qərardan görünür ki, borclu X7 barəsində axtarış elan edilmişdir. İnzibati iş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin 21 may 2024-cü il tarixli 3-13-68/2-2105/2024 nömrəli məktubdan görünür ki, Şəxs yerinin müəyyən edilməsi məqsədi ilə onun barəsində xx.xx.2024-cü il tarixdə Bərdə rayon Polis Şöbəsi tərəfindən 301225 nömrəli yerli axtarış işi açılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(021)-634/2025 nömrəli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 08 gün müddətinə inzibati həbs tənbeh tətbiq edilmişdir. İnzibati İş materiallarına əlavə edilmiş 11 iyul 2024-cü il tarixli, 8(021) 236/2024 nömrəli qərardadın surətindən görünür ki, Şəxs ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş 02 aprel 2025-ci il tarixli aktın surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs yaşadığı ünvanda əmlaka baxış keçirilmiş və üzərinə həbs qoyula biləcək əmlak aşkar edilməmişdir. İnzibati iş materiallarına əlavə edilmiş 18 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, X5 400 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş 24 aprel 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, X5 400 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş 17 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, X5 450 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş 22 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, X5 1000 manat ödəniş edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 21 may 2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(021)- 1207/2023 saylı icra sənədinə əsasən 4084 manat aliment borcu yaranmışdır. İXM-in 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın, yəni məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(021)-1207/2023 saylı icra sənədi üzrə tələbkara olan borcunundan müəyyən məbləğdə ödəniş etmiş, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədi üzrə borcunu heç bir yerdə işləmədiyindən ödəməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi üzrə təqsiri sübuta yetirilmir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs oğlunun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini tam olmasa da, tələbkara maddi imkanının yol verdiyi məbləğdə hissə-hissə ödəməsi öz təsdiqini tapmışdır. Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği tam ödəyə bilməmiş, lakin buna baxmayaraq hissə-hissə də olsa ödənişlər edərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-1-ci maddəsinə münasibətdə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar