Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-456/2022 06.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon мəhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X1, zərəçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuş, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol araşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinə Bərdə Rayon Polis Şöbəsindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X3 bildirdi ki, Şəxs 16.03.2022-ci il tarixdə X2 məxsus su motorunu oğurlayaraq ona ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, X2 məxsus su motorunu oğurlamamışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs X4 göstərdi ki, yaşadığı Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi 3 saylı evin zirzəmisindən su motoru oğurlanmışdır. Lakin su motorunun kimin tərəfindən oğurlandığını bilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş X2 məxsus su motorunu oğurladığına görə Şəxs barəsində tərtib edilmiş İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş materiallar natamamdır. Yəni iş materialına əlavə olunmuş cinayət işinin başlanılmasının rədd olunması barədə 21.03.2022-ci il tarixli qərardan görünür ki, Şəxs təqsirli olması müəyyən edilmir. Qərarla naməlum şəxsin gələcəkdə müəyyən edilməsi barədə İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti İTB-yə göndərilmişdir. Nə protokol tərtib olunarkən, nədə ki, məhkəmə prosessində Şəxs ozünün təqsirli olmadığını bildirmişdir. Zərəçəkən isə X4 isə oğurluğu kimin tərəfindən olunmasını bilmir. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesаb edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibаti prоtоkоl nаtаmаm оlduğundаn inzibаti xətа hаqqındа prоtоkоl onu tərtib etmiş orqana Bərdə Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Həmçinin iş materialından müəyyən olunur ki, Şəxs barəsində inzibati qaydada 05.04.2022-ci il tarixdə, saat 16:30-da tutulmuşdur. Məhkəmə qeyd edir ki, inzibati material geri qaytarıldığından Şəxs dərhal məhkəmə zalından azad olunmalıdır Göstərilənlərə əsasən və İXM-in 109-cu mаddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа Bərdə Rayon Polis Şöbəsinə qaytarılsın. Şəxs dərhal məhkəmə zalından azad olunsun. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-456/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-456/2022
06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver