Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-457/2022 06.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon мəhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuş, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа İXM) 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol araşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinə Bərdə Rayon Polis Şöbəsindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X4 bildirdi ki, Şəxs 13.03.2022-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 3, mənzil 49-da yaşayan X2 evin zirzəmisində yerləşdirdiyi “Aqede” markalı su motorunu oğurlayaraq X3 ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 13.03.222-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 3 saylı evin zirzəmisindən “Aqede” markalı su motorunu oğurlamışdır. Həmin su motorunun kimə məxsus olduğunu bilmir. Həmin su motoru onun özündədi, zərərçəkmiş şəxsə təqdim edə bilər. Digər oğurluq əməli törətməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş materiallar natamamdır. Materiallara Şəxs Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi 3 saylı evin zirzəmisindən oğurladığı “Aqede” markalı su motorunun sahibi X2 oğurluq hadisəsi ilə əlaqədar məlumatları (şikayət ərizəsi) əlavə edilməmişdir. Həmçinin zərərçəkmiş şəxs məhkəmədə iştirak etməmişdir. Ona dəymiş ziyanı Şəxs ödəməyə hazır olduğunu bildirir. Zərəçəkənin isə mövqeyi bəll deyil. Yəni qanunun tələbinə görə zərər ödənildikdə və zərərçəkmiş barışıq verdikdə materiala xitam verilə bilər. Hazırkı halda polis zabiti tərəfindən zərəçəkmişin mövqeyi araşdırılmamış, onun məhkəməyə gətirilməsini isə təmin etməmişdir. Məhkəmə zərəçəkmişin gətirilməsi üçün polis zabitinə şərait yaratsa da, o zərəçəkənin harda olması və əlaqə saxlaya bilməməsini bildirmişdir. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesаb edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibаti prоtоkоl nаtаmаm оlduğundаn inzibаti xətа hаqqındа prоtоkоl onu tərtib etmiş orqana Bərdə Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Həmçinin iş materialından müəyyən olunur ki, Şəxs barəsində inzibati qaydada 05.04.2022-ci il tarixdə, saat 16:30-da tutulmuşdur. Məhkəmə qeyd edir ki, inzibati material geri qaytarıldığından Şəxs dərhal məhkəmə zalından azad olunmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109-cu mаddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа Bərdə Rayon Polis Şöbəsinə qaytarılsın. Şəxs dərhal məhkəmə zalından azad olunsun. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-457/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-457/2022
06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver