Məhkəmə qərarları › İş №3(021)-457/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-457/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-457/2024 25.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, X4 tərəfindən Bərdə rayon X8 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP №4893025 saylı protokolundan verilmiş şikayətə baxaraq , məhkəmə MÜƏYYƏNETDİ: X4 məhkəməyə şikayət verərək, Bərdə rayon X8 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP №4893025 saylı protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.4-cü maddələrinə xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X4 şikayətini belə əsaslandırmışdır ki, Bərdə rayon X7 EQ ******* nömrəli protokolu ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.4-cü maddələri ilə 500 manat cərimə inzibati cərimə növründə tənbeh tətbiq edilmişdir. Avtoxuliqanlıq ilə təqsirli bilinmişdir. Qərar xx.xx.2022-ci il tarixdə elan edilmiş, saat 03:25-də qeydə alındığı göstərilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, Bərdə X7 xx.xx.2022-ci tarixli EQ ******* nömrəli protokolu qanunsuz və əsassı olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Bərdə rayon X7 EQ ******* xx.xx.2022-ci - tarixli Elektron protokolu əsassızdır, ona görə ki, X8 xidmətinin əməkdaşı ona iddia edir ki, o, ona yol verməmiş və sərxoş olduğunu iddia edirlər. Elektron qərar ünvanına audio-video yollanmamışdır. O, Bərdə X7 əməkdaşlarından sərxoş olduğuna dair video-görüntülər tələb etsə də ona heç bir sübut taqdim edilməmişdir. Ona yazılan cərimə onun hüquqlarını pozur və heç bir əsası yoxdur. X1 və X9 Polis idarəsinə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin tərəflər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətə baxaraq belə nəticəyə gəlir ki, X4 tərəfindən Bərdə rayon X8 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP №4893025 saylı protokolundan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X4 həmin şikayətinə heç bir sübut əlavə etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, protokoldan şikayət qanunvericiliklə nəzərdə tutulmamışdır. Odur ki, protokola baxış məhkəmə predmeti deyil. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, Bərdə rayon X8 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP №4893025 saylı protokolundan X2 verdiyi şikayət geri qaytarılmalıdır. X3 müvafiq protokolun qərarını əldə etdikdən sonra müddətin bərpası və qərarın ləğvi barədə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARAALDİ: Bərdə rayon X8 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP №4893025 saylı protokolundan X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X3 xx.xx.2022-ci il tarixli İXP №4893025 saylı protokol üzrə qərarı əldə etdikdən sonra müddətin bərpası və qərarın ləğvi barədə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar