Məhkəmə qərarları › İş №3(021)-458/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-458/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-458/2025 23.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, 2 dekabr 1986-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının İXM və ya İXM) 157-ci mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 157-ci maddəsi ilə Bərdə Rayon Polis Şöbəsində 10 dekabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs Bərdə RPŞ-nin sahə rəisi X5 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə protokol tərtib olunub. Belə ki, Şəxs boşanma mərhələsində olan həyat yoldaşına bir neçə dəfə əlinin içi ilə zərbə endirərək dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 17 ildir Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Həmin müddətdə ona əl qaldırmamışdır. xx.xx.2025-ci il tarixdə o Gülşənlə birlikdə yaşadıqları evə getmişlər. Həmin gün Zərərçəkmiş şəxs onunla mübahisə etmiş, həmin vaxt Gülşən onun mərhum anasının ünvanına söyüş söymüşdür. Gülşəndən nə üçün anasına söydüyünü soruşaraq onu iki dəfə sillə ilə vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun həyat yoldaşıdır. Uzun müddətdir münasibətləri korlanmış, dəfələrlə aralarında mübahisə yaranmış, Sərxan işlədiyi iş yerinə gələrək orada dava dalaş salmış onu söyüb təhqir etmiş onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Sonuncu dəfə işdən çıxıb evə gedən zaman Şəxs onun arxasınca gələrək onunla mübahisə etmiş, həmin vaxt Sərxan içkili omuşdur. Aralarında olan mübahisə zamanı Sərxan onun sağ gözünün altından yumruq ilə vurmuşdur. O aldığı zərbədən yerə yıxılmış bu zaman Sərxan onun qarın nahiyyəsindən təpikləməyə davam etmiş, küçədən keçən şəxslər ona kömək etmiş, oğlu gələrək onu yaşadıqları evə aparmış, bundan sonra Sərxan telefon ilə zəng edərək ona hədə qorxu gəlmiş və nəlayiq sözlər işlətməyə davam etmişdir. Barışmaqları mümkün deyil. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, X2 İXM-in 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və X6 törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş: Bərdə RPŞ TB-nin təhqiqatçısı polis mayoru X7 tərəfindən qəbul edilmiş 16 may 2025-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki; Bərdə rayonu Qarabağ qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs 06 may.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, əri Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmin müraciət PŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair kitabın 1693 nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:10 radələrində Bərdə şəhəri Qarabağ qəsəbəsində küçədə olan zaman Şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş mübahisə nəticəsində X9 Hüseynovanı əli ilə 1 dəfə vuraraq döymüşdür. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Materiala əlavə edilmiş, məhkəmə tibb ekspertizasının 6 may 2025-ci il tarixli, 344 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər üzün sol yarısının şişkinliyi və qançırı, boyunun sağ yan səthjinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İnzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. Diskə yazılmış səs yazısından görünür ki, Şəxs Zərərçəkmiş şəxs öldürməklə hədələyir. İş materiallarına əlavə edilmiş Şəxs ilə Zərərçəkmiş şəxs arasında whatsapp mobil tətbiqi vasitəsilə aparılan yazışmadan görünür ki, Şəxs Zərərçəkmiş şəxs öldürməklə hədələyir. Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 23 may 2025-ci il tarixli MN №2083743 nömrəli protokol tərtib edilmişdir. Tətbiq edilən hüquq: İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin izahatı, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə Şəxs zərərçəkmiş şəxsi döyərək qəsdən ona fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs zərərçəkmiş şəxsi dəfələrlə öldürməklə hədələməsi baş verə bilməsi ehtimal olunan ağır cinayətin törədilməsi ilə nəticələnə biləcəyindən, Şəxs bir müddət cəmiyyətdən təcrid etməklə yeni hüquq pozuntusunun törədilməsinin qarşısının alınması zərurəti vardır. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda, İXM-in 157-ci maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 157-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 30 (otuz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs tərəfindən zərərçəkmiş şəxsin öldürülməklə hədələnməsi barədə hüquq mühafizə orqanları tərəfindən preventiv xarakterli tədbirlərin görülməldir. Məhkəmə qeyd edir ki, Şəxs inzibati həbsdə saxlamanın əvvəli 23 may 2025-ci il tаrixdən, saat 16:05–dən hesablanmalıdır. İXM-in 30.3-cü maddəsinə əsasən İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157- ci mаddəsi ilə təqsirli bilinib bаrəsində 30 (otuz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında inzibati həbsə alınsın. Həbs etmənin əvvəli 23 may 2025-ci il tаrixdən sааt 16:05-dən hesablansın. Qərаrın surəti inzibаti xətа törətmiş şəxsə, protokol tərtib edən şəxsə və zərərçəkmiş şəxsə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn Polis Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Аpellyаsiyа Məhkəməsinin Cinayət Kollegiyasına аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar