Məhkəmə qərarları › İş №3(021)-460/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-460/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-460/2025 04.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-cü il tarixli, EQ 25923237 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açiq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X5 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Baş X10 İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-cü il tarixli, EQ 25923237 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. Daxili işlər Nazirliyinin Baş X10i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25923237 saylı inzibati xəta haqqında elektron qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Qərarın surətini may ayının əvvəlində əldə etmişdir. Aşağıda şərh olunan əsaslara görə hesab edir ki, xx.xx.2025-ci il tarixli, EQ 25923237 saylı inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, "KİA CEED" markalı, 77XG934 dövlət qeydiyyat nömrə nişanlı avtomobili qardaşı X4 mülkiyyətindədir. Həmin avtomoblin idarə olunması üçü qardaşı A.Ağayev tərəfindən ona etibarnamə verilmişdir. "KİA CEED" markalı, 77XG934 dövlət daim olaraq X6 tərəfindən idarə olunur. xx.xx.2025-ci il tarixli qərara əsaən Bakı-Qazax- Gürcüstan yolunun 169.9-cu km istiqamətində "KİA CEED" markalı, 77XG934 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin tarixdə saat 17.01.42-radələrində guya o, yolda müəyyən edilmiş hərəkət surətinin 21km/saat həddində aşmışdır. Halbu ki, həmin tarixdə və saatda avtomobil onun tərəfindən idarə olunmamışdır. Məhkəmə iclasında X2 şikayətinə uyğun izahat verərək, bildirdi ki, o, qərarı aprel ayının ortalarında əldə etmişdir. O, həmin qərardan aprelin ilk 7 günlüyündə şikayət etmişdir. Polis əməkdaşı tərəfindən ona xx.xx.2025-də ona cavab verilmişdir ki şikayət vermə müddətini ötürmüşdür. Hadisə vaxtı o, xidmətdə olmuşdur, avtomobili qardaşı idarə etmişdir. Şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X5 tərəfindən şikayət qanunla müəyyən edilmiş vaxtda verilmədiyindən və prosessual müddətin bərpası barədə ərizə verilmədiyindən, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-cü il tarixli, EQ 25923237 nömrəli qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, həmin qərardan İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Toplanmış materialdan görünür ki, X5 barəsində xx.xx.2025-cü il tarixdə inzibati tənbeh tədbiri haqqında qərar qəbul edilməsinə baxmayaraq sonuncu həmin qərardan xx.xx.2025-ci il tarixdə şikayət vermişdir. Ona görə də onun şikayətinə baxıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-cü il tarixli, EQ 25923237 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar