Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-462/2022 19.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, şikayətçi X6 və Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X8 X12 TP ******* saylı, 26 mart 2022-ci il tarixli qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X8 X13 tərəfindən TP ******* saylı, 26 mart 2022-ci il tarixli qərar ilə X6 barəsində İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X6 həmin qərardan şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X8 X12 TP ******* saylı, 26 mart 2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, 24.03.2022-ci il tarixdə saat 00:15-də “HYUNDAİ GRANDEUR” markalı ** AA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X7 tərəfindən saxlanılmışdır. DYPB-nin yol patrul xidməti inspektoru Samir Mustafayev ondan sərxoş olub-olmamasını soruşmuş, inspektora sərxoş olmadığını, lakin içki içdiyini bildirmişdir. 24.03.2022-ci il tarixdə günün ikinci yarısı DYPB-nin yol patrul xidməti inspektoru Samir Mustafayev tərəfindən Bərdə rayon dövlət X13nə dəvət edilmiş, DYPBnə getmiş orada DYPB-nin yol patrul xidməti inspektoru Samir Mustafayev ona barəsində İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara yol verdiyini və buna görə də barəsində həmin maddələrlə protokol tərtib olunduğunu bildirmişdir. DYPBnin yol patrul xidməti inspektoru Samir Mustafayevə 24.03.2022-ci il tarixdə saat 00:15-də “HYUNDAİ GRANDEUR” markalı ** AA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən sərxoş olmadığını bildirmiş, lakin içki içdiyini etiraf etmiş və protokola içki içib avtomaşını idarə etdiyini qeyd etmişdir. Məlumdur ki, maye halında ağızla daxilə qəbul olunan bütün növ (enerjik içkilər, sərinləşdirici, qazlı və qazsız içkilərdə daxil olmaqla) içkilərin heçdə hamısı alkoqollu içki sayılmır. Hesab edir ki, barəsində tərtib edilmiş 24.03.2022-ci il tarixli, İXP ******* saylı protokol əsassızdır. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakı təmin edilməmiş, yazılı formada izahatı alınmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda göstərilməmişdir. DYPB-nin yol patrul xidməti inspektoru Samir Mustafayev tərəfindən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunan texniki vasitələrin adı və modeli göstərilməmişdir. Halbuki, sərxoşluğu müəyyən edən müvafiq alkotesterlər birbaşa inzibati xətanı aşkar edən texniki vasitələr sayılırlar. İXM-nin 53.1-ci maddəsində təsbit olunduğu kimi, inzibati xəta halı olmadıqda və hər hansı şəxs barəsində başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati iş üzrə icraat rədd edilir. Odur ki, barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X6 izahat verərək göstərdi ki, barəsində tərtib edilmiş protokol mobil telefonuna SMS vasitəsi ilə gəlmişdir. Həmin gün içki qəbul etmiş, lakin sərxoş olmamışdır. O, həkim müayinəsindən keçirilərkən heç bir inzibati xətanın aşkar edilməsində istifadə olunan texniki vasitələrdən istifadə edilməmişdir. Ona görə də barəsində tərtib edilmiş protokolu əsaszı hesab edir və protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X7 protokolu müdafiə edərək göstərdi ki, 24.03.2022-ci il tarixdə saat 00:15-də X4 idarə etdiyi “HYUNDAİ GRANDEUR” markalı ** AA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə Bərdə şəhəri Bakı küçəsində saxlanılmış, sürücü X1 olması barədə şübhələr olduğundan nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə protokol tərtib edilmişdir. Bundan sonra sürücü həkim müyinəsindən keçirilmiş və orta dərəcəli sərxoş olduğu müyyən edilmişdir. Buna görə də X4 idarə etdiyi “HYUNDAİ GRANDEUR” markalı ** AA *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil saxlanca qoyulmuşdur. Həmin gün X6 İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 24.03.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta protokolu tərtib edilmiş və Bərdə rayon Polis Şöbəsinin DÖYB-nin rəisi, polis mayoru X9 tərəfindən TP ******* saylı qərar qəbul edilərək 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Odur ki, şikayəti əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə qərardan şikayətçinin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Bərdə rayon Yol Patrul Xidmətinin İXP ******* saylı 24.03.2022-ci il tarixli protokolundan və TP ******* saylı 26.03.2022-ci il tarixli qərarından görünür ki, X4 əməlində İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru X7 tərəfindən tərtib edilmiş Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə 24.03.2022-ci il tarixli 4 nömrəli protokoldan görünür ki, X6 24.03.2022-ci il tarixdə saat 00:15 radələrində etibarnamə üzrə idarə etdiyi “HYUNDAİ GRANDEUR” markalı ** AA *** d.q.n.n-lı minik markalı avtomobil idarə etməkdən kənarlaşdırılmış və və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmişdir. İşə əlavə edilmiş 421 saylı, 24.03.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, sürücü X6 24.03.2022-ci il tarixdə saat 00:23 radələrində orta dərəcəli sərxoş olmuşdur. "xxxx" BİKT MMC-nin dirüktoru Vahidi Y.F. tərəfindən X5 verilmiş 018 saylı Etibarnamədən görünür ki, “HYUNDAİ GRANDEUR” markalı ** AA *** d.q.n.n-lı minik markalı avtomobil X5 etibar edilmişdir. İşə əlavə edilmiş AC 911556 nömrəli Azərbaycan Respublikası Sürücülük Vəsiqəsindən görünür ki, X5 BC dərəcəli sürücülük hüququ verilmişdir. İşə əlavə edilmiş Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, “HYUNDAİ GRANDEUR” markalı ** AA *** d.q.n.n-lı minik markalı avtomobil 24.03.2022-ci il tarixdə saxlanca qəbul edilmiş və 26.03.2022-ci il tarixdə X5 təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, X6 24.03.2022-ci il tarixdə saat 00:15 radələrində maye halında ağızla daxilə qəbul olunan, lakin alkoqollu içki sayılmayan enerjik içki, sərinləşdirici, qazlı və qazsız içkilər içdiyini, lakin sərxoş olmadığını, həkimin rəyinin inandırıcı olmadığını bildirsə də, bunu sübut edə bilmədi. Belə ki, məhkəmə iclasında məhkəmə X2 həmin vaxt içkili olmamasına dair sübutların təqdim edilməsini tələb etsə də, içkili olmadığını təsdiq edən heç bir sübutun olmadığını bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X10 oğlunun əməlində İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə material ilə sübut olunur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Beləliklə məhkəmə qeyd edir ki, X4 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X8 X12 TP ******* saylı, 26 mart 2022-ci il tarixli qərarından X4 verdiyi şikayət təmin edilməsin, TP ******* saylı, 26 mart 2022-ci il tarixli qərar qanuni hesab edilsin. Qərar elan olunduqdan sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-462/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-462/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver