Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-463/2025 29.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, qanuni nümayəndəsi X5, Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi X9 xx.xx.2007-ci ildə Bərdə rayonu, Cəyirli kəndində doğulmuş, subay, Bərdə rayonu, Cəyirli kəndində qeydyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsi tərəfindən 27 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X14 izahatında bildirdi ki, Bərdə Rayon Polis Şöbəsinin TN-nin təhqiqatçısı X10 tərəfindən X9 şikayəti əsasında toplanmış HK-1/1608 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərar Şəxs barəsində İXMin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə Rayon Polis Şöbəsinin İTB-nə verilmişdir. Qeyd edilən qərar əsasında xx.xx.20225-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardad qəbul edilmiş, araşdırmanın nəticəsi üzrə xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, törədilmiş inzibati xəta üzrə özünü təqsirli bilmir, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Hadisə baş verən gün zərərçəkmiş şəxslə digər həmkəndlisi X6 dalaşarkən onları aralamışdır. O Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi (atası) X12 oğlunun Kənanı vurmadığını, Kənanın atası Vüqarın ondan pul istədiyini, lakin pulunun olmadığını bildirdi. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclаsındа ilkin olaraq Şəxs onu döydüyünü, xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında isə onu Səməndər İsayevin vurduğunu, daha sonra Elcanın onu tutduğunu və Səməndərin onu vurduğunu bildirməklə ziddiyyətli izahatlar vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (atası) X2 Nəzərovun Səməndər və Elcan tərəfindən döyüldüyünü, Kənanın müalicəsi üçün həkimlərə 300 manat xərc çəkdiyini, həmin vəsait ödənildikdən sonra barışmağa razı olduğunu, şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X6 hadisə baş verən gün Kənanla mübahisə etdiyini, bu mübahisə nəticəsində Kənanı itələyərək onun üzü üstə yıxdığını, bunu görən Elcanın isə onları araladığını və Kənanı vurmadığını bildirdi. Bərdə Rayon Polis Şöbəsində də eyni məzmunda izahat verdiyini, lakin izahatını oxumadığını bildirdi. Şahid qismində izahat vermiş X1 qanuni nümayəndəsi İsayev Məhəmməd Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (atası) Vüqar Nəzərovun hadisə baş verən gün ona zəng edərək Səməndərin onun oğlunu döydüyünü, uşağı xəstəxanaya aparmaq üçün 200 manat pul tələb etdiyini, Kənanın da onun oğlunun gözünə zərbə vurduğunu və oğlunun gözü şişdiyini, lakin bu barədə polisə şikayət etmədiyini, Bərdə Rayon Polis Şöbəsində oğlunun adından yazılmış izahatı oxumadıqlarını və yalnız imza etdiklərini bildirdi. İnzibati işin materiallarına istinad: İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon Polis X4 təhqiqatçısı, polis leytenantı X3 cinayət işi başlamasının rədd edilməsi barədə 07 may 2025-ci il tarixli qərarından görünür ki, Bərdə rayonu Cəyirli kəndində yaşayan X15 29 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, eyni zamanda Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Bərdə rayonu Cəyilri kəndində iki nəfər şəxs tərəfindən döyülməsini göstərməklə həmin şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət PŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair kitabın 1608 nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 28 aprel 2025-ci il tarixdə Bərdə rayonu Cəyirli kəndində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Dilənov X11 Kənan Vüqar oğlunu döymüşdür. Toplanmış materialda hər hansı bir cinayət əməlinin tərkibinin əlamətləri olmadığından cinayət işi başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Materiala əlavə edilmiş, məhkəmə tibb ekspertizasının 30 aprel 2025-ci il tarixli, 324 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ arxa təpə-gicgah nahiyəsinin şişkinliyi, sol almacıq nahiyyəsinin şişkinliyi və qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir.Törəmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İnzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bərdə RPŞ-nin İTB-nin sahə rəisi X14 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 27 may 2025-ci il tarixli MN №1933978 nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 63.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.2. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 110.2. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. 114.1 və 114.1.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında icraat materiallarını nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsinə münasibətdə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, istər zərərçəkmiş şəxsin ziddiyyətli izahatları, istər şahidin və onun qanuni nümayəndəsinin izahatı, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı Şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmədiyi qənaətinə gəlir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə təqsiri sübuta yetirilməməsi əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-463/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-463/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver