Məhkəmə qərarları › İş №3(021)-464/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-464/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-464/2024 07.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X9 iclas katibliyi, X1 vəkili X4 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 14 sentyabr 2023-cü il tarixli qərarından X11 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair vəsatətə və şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X11 barəsində İXM-nin 264.0.1-ci maddəsi ilə 14 sentyabr 2023-cü il tarixli MN №1440284 saylı protokol tərtib edilmişdir. X11 müddətin bərpa olunmasına dair məhkəməyə ərizə verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsi tərəfindən barəsində qəbul edilmiş MN1440284 SAYLİ xx.xx.2023-cü il tarixli inzibati tənbeh verma haqqında qərarından şikayət verilməsi üçün müddəti bərpa edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. X11 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsi tərəfindən onun barəsində MN1440284 SAYLİ xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərarla İXM-nin 264.0.1-ci maddəsi (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə; ) əsasında 600 (altı yüz) -dəbbə pulu ilə 960-manat cərimə tənbehi tətbiq etmişdir. O, barəsində qəbul edilmiş qərarın barəsində də yalnız 9 saylı RETS idarəsinin 01 aprel 2024-cü il tarixli, icraya yönəltməyə dair qəbul edilmiş qərarını xx.xx.2024-cü il tarixdə poçtla aldıqdan sonra məlumatlı olmuşdur. Ona hansısa akta imza etdirən səlahiyyətli orqan həmin aktı ona cərimə edilməyi ilə əlaqədar olan akt kimi deyil, ərazinin ekoloji təmziliyinə dəstək olaraq sakinlərin imza toplama təşəbbüsününün aktı olaraq təqdim edib. Qərarın mövcudluğundan isə yuxarıda qeyd olunduğu kimi yalnız xx.xx.2024-cü il tarixdə digər qərarı əldə etdikdən sonra xəbərdar olmuşdur. Hətta məhz ondan sonra Bərdə rayon icra şöbəsinə gedərək inzibati tənbeh barədə qərarın surətini almışdır. Bu səbəbdən də buraxılmış prosessual müddətin ötürülməsi üzürlü sayılmasını və işə baxılmasını xahiş etmişdir. X11 şikayət verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 14 sentyabr 2023-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR ETS nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsi tərəfindən onun barəsində MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında Qərarla AR İXM-nin 264.0.1-ci maddəsi (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, komunal və digər obyektlərin istismar edilməsinə) əsasında 600 manat dəbbə pulu ilə 960 manat cərimə tənbehi tətbiq edilmişdir. 9 saylı RETS idarəsiözünün inzibati qərarını bununla əsaslandırmışdır ki, guya onun tərəfindən suu kanalı, su arxları, o, cümlədən ətraf mühit mal-qaranın tullantıları ilə çirkləndirilir. Ona akta qol çəkddirəndə aldadaraq guya ərazidə ekoloji təmizlik işlərinə dəstək vermək adı ilə onu imza etməyə təşviq ediblər. O, barəsində qəbul edilmiş qərardan yalnız 9 saylı RETS idarəsinin 01 aprel 2024-cü il tarixli icraya yönəltməyə dair qəbul edilmiş qərarını 18 aprel 2024-cü il tarixdə poçtla aldıqdan sonra məlumatı olmuşdur. Aşağıda sadalanan faktlara dayanaraq barəsində qəbil edilmiş inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvini əsaslı və qanuni hesab edir. Barəsində tətbiq edilən inzibati tənbehin subyekti o, deyil, subyekti olmadığı və onun tərəfindən törədilməsi heç bir mötəbər sübutlarla təsdiq edilməyən inzibati xətaya görə onun məsuliyyətə cəlb edilməsi qanunçuluq prinsipinun pozulmasıdır, həm də Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilər. Onun heç bir təsərrüfatı yoxdur, o, heç bir mal-qara təsərrüfatı ilə məşğul olmur. Adına nə ev, nə mal-qara saxlamaq üçün qeyri yaşayış sahəsi və nə də ferma təsərrüfatı yoxdur. Hətta adına həyətyanı torpaq sahəsi də yoxdur. Bu faktı rəsmi arayışla da təsdiq edərək, məhkəməyə təqdim etmişdir. Bir daha qeyd edir ki, ona hansısa akta imza etdirən səlahiyyətli orqan həmin aktı ona cərimə edilməyi ilə əlaqədar olan akt kimi deyil, ərazinin ekoloji təmizliyinə dəstək olaraq sakinlərin imza toplama təşəbbüsünün aktı olaraq təqdim etmişdir. Qərarın mövcudluğundan isə yuxarıda qeyd olunduğu kimi yalnız xx.xx.2024-cü il tarixdə digər qərarı əldə etdikdən sonra xəbədarolmuşdur. Hətta məhz ondan sonra Bərdə rayon icra şöbəsinə gedərək inzibati tənbeh barədə qərarın surətini almışdır. Faktiki olaraq onun, əsassız yerə və qanuni olmayan şəkildə hüquq və azadlıqlarının qorunmasının pozulması yönündə qərar qəbul edilmişdir. Məhkəmə iclasında X6 vəkili X10 şikayətə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nüamyəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, barəsində şikayət verilmiş qərar üzrə ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim edilmiş materiallarla birlikdə əlaqəli şəkildə araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki,vəsatət və şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 14 sentyabr 2023-cü il tarixli qərarı zərfin üzərindəki poçtun möhüründən görünür ki, xx.xx.2024-cü il tarixdə X7 çatmışdır və X11 tərəfindən həmin qərardan verilmiş prosessual müddətin bərpasına dair vəsatət və şikayət xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X11 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 14 sentyabr 2023-cü il tarixli qərarından şikayət vermə müddətini ötürmədiyindən ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə şikayətin dəlillərin inzibati xəta haqqında işin materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 14 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında material yenidən araşdırılması üçün həmin orqana göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 07 mart 1996-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 101 saylı, 19 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X2 rayonu Hacallı kəndində yaşayır və pasport qeydiyyatına durur, Surxaylı Surxay atası X13 ilə birgə yaşayır, ev təsərrüfatlarının uçot kitabında onun adına ev, tövlə və malqarası yoxdur. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 100 saylı, 19 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X2 rayonu Hacallı kəndində yaşayır və pasport qeydiyyatına durur. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 102 saylı, 19 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X3 rayonu Hacallı kəndində yaşayır və pasport qeydiyyatına durur, X8 ev təsərrüfatlarının 4 nömrəli uçot kitabının 78-ci səhvəsində adına 80.5 kv.m tövləsi vardır və 20 (iyirmi) baş iri buynuzlu mal-qarası vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli №1440284 saylı qərarında göstərilmişdir ki, X11 xx.xx.2023-cü il tarixdə Bərdə rayonu Hacallı kəndində fərdi yaşayış evinin həyətindəki tövlənin peyin və cirkablarınıkəndin suvarma arxına axıtmaqla su obyektlərinin mühafizəsi qaydalarını pozmuşdur, Azərbaycan respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli №1440284 saylı qərarına əsasən 600 manat məbləğində dəbbə və 360 manat məbləğində dəbbə pulu hesablanmaqla, cəmi 960 (doqquz yüz altmış) manat məbləğində vəsaitin Bərdə rayonu, Hacallı kənd sakini xx.xx.1996-cı il təvəllüdlü X5 alınıb İdarənin bank hesabına ödənilməsinə dair qərar icra olunması üçün Bərdə Rayon icra və probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə protokol tərtib olunarkən və qərar qəbul olunarkən mahiyyəti pozulmuş, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi dəqiq araşdırılmadığı aydın olur. Belə ki, Hacallı kənd İN tərəfindən verilmiş arayışda qeyd edilir ki, Surxaylı Surxay atası Məcid Məmişov ilə birlikdə yaşayır, təsərüffatbaşına kitabda onun adına ev və mal qara yoxdur. Belə olan halda məhkəmə qeyd edir ki, iş yenidən araşdırılarkən müəyyən olunmalıdır ki, protokol Surxaylı Surxayın yoxsa atası Məcid Məmişovun adına tərtib olunmalıdır.Bu məsələyə aydınlıq gətirilməsi zəruri olan haldır. Beləliklə məhkəmə qeyd edir ki, X17 şikayəti təmin olunmlıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il il tarixli qərarından X11 tərəfindən verilmiş prosessual müddətin bərpasına dair vəsatət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il il tarixli qərarından X11 tərəfindən şikayəti verilməsi müddətinin ötürülməsi səbəbi üzrlü hesab edilərək, şikayət verilməsi müddəti itirilməmiş hesab edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il il tarixli qərarından X11 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9saylı Ərazi və Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək yenidən araşdırılmaya göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar