Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-464/2025 29.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Ziya Yaşar оğlunun sədrliyi, X8 iclas kаtibliyi, Bərdə rayon İcra və probasiya şöbəsinin, icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğunun, X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Bərdə rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(021)-2569/2019 saylı icra sənədi üzrə borclu Şəxs 3141 manat aliment borcu yaranmışdır. Borclu Şəxs borcu ödəməmiş və icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq Azərbaycan Respublikasınn İXM-nin 528.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Ona görə də məhkəmədən borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs izahat verərək bildirdi ki, onun alimentin ödənilməsi barədə heç bir məlumatı olmamışdır. Belə ki övladının bir onun, digəri isə Nigarə Rüstəmovanın himayəsində qalmışdır. Hazırda 300 manat məbləğində ödəniş edə bilər. Himayəsində yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. X4 məhkəmə iclasında izahat verərək məhkəmədən aliment məbləğinin tam ödənilməsini xahiş etdi. Qeyd etdi ki, hal-hazırda borclunun ödəmək fikrində olduğu 300 manat məbləğində ödənişi qəbul etmir. Belə ki, o, icra sənədinin icrasından məlumatlı olmuşdur. Dəfələrlə icra şöbəsinə dəvət olunmuş olsa da, aliment borcunun ödənilməsindən yayınmışdır. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibati iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, icra sənədi üzrə borclu Şəxs 3141 manat məbləğində aliment borcu yaranmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2019-cu il tarixli, 2(021)-2569/2019 saylı Bərdə Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, iddia tələbi təmin edilərək, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X14 cavabdeh X9 yanında saxlanılması, tərəflərin birgə nikahdan anadan olmuş 30.1.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019cu il tarixdən başlayaraq, Şəxs hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment X9 xeyrinə tutulması qət edilmişdir. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs icra tələbinin 10 gün müddətinə yerinə yetirilməsi bildirilmişdir. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs icra sənədi üzrə tələbin yerinə yetirilməsi, əks təqdirdə məsuliyətə cəlb olunacağı bildirilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, icra məmurunun təqdimatı təmin edilərək, Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 2(021)- 2569/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Bərdə rayon Kürdbordakı kəndində yaşayan Şəxs ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, Bərdə rayon Kürdborakı kəndində yaşayan Şəxs barəsində axtarış elan edilməsin qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, 2(021)-1173/2024 saylı Bərdə Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, iddiaçı Şəxs cavabdeh X10 qarşı “uşağın himayədə olmasının müəyyən edilməsinə və aliment borcunun silinməsi” tələbinə dair iddia təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdən atası olan iddiaçı Şəxs himayəsində olmasının müəyyən edilməsi və uşaq iddiaçı Şəxs himayəsində saxlanması, Şəxs Bərdə rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(021)-2569/2019 saylı qətnaməsi ilə X1 üçün hər ay üçün iddiaçıdan tutulması qət edilmiş, 120 manat aliment məbləği ilə bağlı xx.xx.2023-cü il tarixdən hesablanmaqla yaranmış aliment borcu silinməsi və iddiaçı bir uşağa görə alimenti ödəməkdən azad edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçı Şəxs aid edilməsi qət edilmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(021)- 2569/2019 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati iş materiallarında olan sənədlərdən görünür ki, inzibati xəta törədən şəxs Şəxs məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun Аzərbаycаn Respublikаsı Qаnununun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qаnunun 3.2-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, Şəxs icra sənədi üzrə ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onun icra sənədinin icrasından yayınması və məhkəmənin icra sənədini vaxtında icra etməməsi, icraya maneə törətdiyini sübut edir. İXM 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1173/2024 saylı qətnaməsinə əsasən 02 noyabr 2013-cü il təvəllüdlü X7 X11 himayəsində olması müəyyən edilmişdir. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini, barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini və himayəsində on dörd yaşına çatmamış uşağın olmasını nəzərə alaraq, belə qənaətə gəlir ki, onun barəsində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər.( Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarı) Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi yolu ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-464/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-464/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver