Məhkəmə qərarları › İş №3(021)-467/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-467/2025

31.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-467/2025 31.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, Bərdə rayon Polis Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 232-1-ci və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə materiallara baxaraq, M ü ə y y ə n e t d i m: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, onun barəsində İXM-nin 232-1-ci maddəsi ilə də inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasını istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-ə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Vəsatət və etirazlar yoxdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilməsi istinad edilən inzibati xəta haqqında protokollar eyni şəxs barəsində tərtib edildiyindən birləşdirilərək bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Q ə r a r v e r d i m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 232-1-ci və 157-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-467/2025 saylı və 3(021)-469/2025 saylı inzibati xəta haqqında işlər birləşdirilərək 3(021)-469/2025 nömrə ilə bir icraatda baxılsın. İşə xx.xx.2025 il tarixdə Bərdə Rayon Məhkəməsinin inzibati binasında tərəflərin iştirakları ilə baxılsın. Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar