Məhkəmə qərarları › İş №3(021)-469/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-469/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-469/2024 29.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X5 iştirakları ilə, xx.xx.1981-ci ildə Bərdə rayon Divanlı kəndində anadan olmuş, Bərdə rayon Divanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 528.1-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 26 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon icra şöbəsinin icra məmuru X2 izahat verərək göstərdi ki, icra sənədləri üzrə Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədlərnin icrasını təmin etməmişdir. Hazırda 7852 manat borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə qəbzlər təqdim edərək bildirdi ki, borcundan 2500 manat ödəniş etmişdir. Lakin məhkəmə proseslərindən xəbəri olmadığından ödədiyi məbləğlər göstərilməmişdir. Hazırda ödəniş etməyə imkanı yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X6 bildirdi ki, hüqiuqlarını müdafiə etdiyi şəxs borcundan 2500 manat ödəniş etmişdir. Lakin məhkəmə proseslərindən xəbəri olmadığından ödədiyi məbləğlər göstərilməmişdir. Protokol düzgün tərtib olunmayıb . İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN №1749539 nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs icra məmurunun irəli sürdüyü tələblərə məhəl qoymayaraq icra sənədlərini icra etməmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(021)-1938/2023 saylı icra sənədindən görünür ki, Şəxs 4800 manat məbləğində pul tutularaq "xxxx" QSC-yə ödənilməlidir . İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023cü il tarixli, 2(021)-3616/2023 saylı icra sənədindən görünür ki, Şəxs 1340 manat məbləğində pul və 40 manat dövlət rüsumu tutularaq X3 ödənilməlidir . İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon Məhkəməsinin 06 noyabr 2017ci il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs 1828,73 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir . Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyəti barədə heç bir məlumat əldə etmədən inzibati protokol tərtib etmişdir. Belə ki, əmlak vəziyyəti yaşayış yerinə getmədən və evdə olan icraya yölələcək əmlaklar müəyyən edilmədən protokol tərtib edilmişdir. Araşdırma sənəd üzərindən həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyən, inzibati materiala əlavə olunmuş sənədləri araşdıran və qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bərdə rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş, inzibati xəta haqqında material Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar