Məhkəmə qərarları › İş №3(021)-469/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-469/2025

31.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-469/2025 31.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X1 iclas katibliyi, Protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 157 və 232-1-ci mаddələri ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində inzibati xəta haqqında MN ******* saylı və MN ******* saylı prоtоkоllar tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə rayon Məhkəməsinin qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 və 157-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-467/2025 saylı və 3(021)-469/2025 saylı inzibati xəta haqqında işlər birləşdirilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə X4 vuraraq İXM-nin 157ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Bundan başqa Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs ot tayasını yandırmaqla İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də Şəxs barəsində İXMnin 157-ci və 232-1-ci maddələri ilə inzibati xətanın törədilməsi haqqında protokollar tərtib edilmişdir. Əmələ hüquqi qiymət verilməsi və barəsində tədbir görülməsi üçün Şəxs məhkəməyə gətirilmişdir. Odur ki, Şəxs barəsində qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, övladı dəcəl olduğundan qonşularının qaz xəttinə tez-tez müdaxilə edirmiş, buna görə qonşusu Rəfiyev Rəfi tərəfindən övladı məzəmmət edilmişdir. Bayram günü Rəfiyə zəng vuraraq hansı səbəbdən övladını incitdiyini, buna görə cavab verməli olacağını demişdir. Sonradan əsəbləşmiş, içkili halda qonşularının qapısını döymüş, onlarla söhbətləşmək istəmişdir. Lakin qeyd edir ki, o, zərərçəkmiş şəxsi döyməmiş, ona hər hansı xəsarət yetirməmişdir. Əksinə o, zərərçəkmiş şəxs tərəfindən döyülmüşdür. Həmin gün gecə əsəbindən yata bilməmiş, Zərərçəkmiş şəxs məxsus ot tayalarını yandırmışdır. Bildirir ki, zərərçəkmiş şəxsə təxminən 1800 manat məbləğində zərər vurmuşdur. Himayəsində 4 övladı vardır. Əməlindən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verməkdən imtina etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Bərdə rayonu Göyüşlü kəndində yaşayır. Şəxs dedikləri ilə razı deyildir. Belə ki, o, ona get sonra danışarıq demişdir. Aralarında dava-dalaş olmamışdır. 3 aydır ki, onun övladı onların qaz xəttini dayanmadan bağlayır. Şəxs onların ot tayasını yandırmışdır. Onlara təxminən 7000-8000 min manat məbləğində zərər dəymişdir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 232-1ci mаddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti xəta haqqında işin mаteriаllarına əlаvə edilmiş: Bərdə rayon Polis şöbəsinin sahə rəisi, X5 tərəfindən tərtib edilmiş MN №2276035 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs ot tayasını yandırmaqla İXM-nin 232-1-ci maddəsinə nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Bundan başqa Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə X4 vuraraq İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta maddəsinə nəzərdə tutulan inzibati xətanı törətmişdir İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, qərarın surəti Zərərçəkmiş şəxs xeyli miqdar təşkil etməyən əmlakının qəsdən yandırılması faktına görə Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat açılması məqsədi ilə Bərdə RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasınının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan ekspert rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol gözaltı nahiyyənin qançırı, sağ əlin baş barmağının dırnaq falanqasının ovuc səthinin əzilmiş yarası, sağ əlin İ əl daraq nahiyyəsinin ovuc səthinin, sağ diz oynağının ön səthinin sıyrıqları küt əşyanının təsirindən törənmişdir. Törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəclərinə görə sağ əlin baş barmağının dırnaq falanqasının ovuc səthinin əzilmiş yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər sağlamlığa zərər vurmağan xəsarətlər olduqları üçün dərəcləri müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını sürməklə və ya digər üsullarla onların korlanmasına görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında icraata onun əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. İXM-nin 53.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаların xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab olunur ki, Şəxs 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli həddində cərimə edilməlidir. Belə ki, məhkəmə iclası zamanı Şəxs Zərərçəkmiş şəxs məxsus ot tayalarını yandırdığını etiraf etmiş, iş materiallarında olan arayışa və şəxsin izahatına əsasən onun 1800 manat məbləğində ziyan vurduğu müəyyən olunmuşdur. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli həddində, yəni 3600 (üç min altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar