Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-471/2025 02.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, inzibati xəta haqqında protokolu tərtib etmiş X4, icra sənədi üzrə tələbkar X6 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Kəlbəcər rayonu Təkəqaya İnzibati Ərazi Dairəsinin Babaşlar kəndində Bərdə rayonu Mirzəcəfərli kəndində yaşayan Şəxs barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 02 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 izahatında bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli icra sənədinə əsasən 28 avqust 2019-cu il təvəllüdlü X7 və 07 aprel 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X6 xeyrinə verilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 11 mart 202ci il tarixli 2(104) 665/2025 nömrəli icra vərəqəsinə əsasən 28 avqust 2019-cu ildə doğulmuş X8 və 07 aprel 2022-ci ildə doğulmuş X1 iddiaçl X9 xeyrinə sonrakı artımlar nəzərə alıınmaqla hər ay hər uşağa ölkə üzrə 2024-cü il müəyyən olunmuş minumum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Hazırda Şəxs hazırda 5021,31 manat borcu var, 25 yanvar 2025-ci il tarixdə alimentin ödənilməsi əmək haqqısına yönəldilmiş, ümumilikdə 1250, 68 manat ödəniş edilmişdir. Borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu ödəməmişdir. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Borclunun barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, tələbin könüllü icrası haqqında bildirişləri almış, məhkəmə qətnamələrinin icra olunmalı olduğu barədə məlumatlı olmuş, birgə nikahdan olan uşaqları bir müddət onun himayəsində qalıb yaşamışdır. Bu səbəbdən də həmin müddətdə aliment ödəməli deyil. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X13 izahatında göstərmişdir ki, borclu tərəfindən hazırkı vaxta kimi iki dəfə olmaqla ümumilikdə 575 manat ödəniş edilmiş, Şəxs başqa heç bir ödəniş etməmişdir. Uşaqlar onun himayəsində heç vaxt olmamış, yalnız anasının ölümü ilə əlaqədar uşaqları bir neçə günlük Şəxs saxlamışdır. Şikayətçidir, hazırda aliment borcunun tam ödənilməsini tələb edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibati işin materiallarına istinad: İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(021) 1003/2024 nömrəli icra sənədindən görünür ki, 28 avqust 2019-cu il təvəllüdlü X7 və 07 aprel 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması Şəxs hər ay uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X6 xeyrinə verilməlidir İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(104) 665/2025 nömrəli icra vərəqəsinfən görünür ki, 28 avqust 2019-cu ildə doğulmuş X8 və 07 aprel 2022-ci ildə doğulmuş X1 iddiaçl X9 xeyrinə sonrakı artımlar nəzərə alıınmaqla hər ay hər uşağa ölkə üzrə 2024-cü il müəyyən olunmuş minumum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində aliment İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2(021) 1003/2024 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş tələbin könüllü ödənilməsi haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2024cü il tarixli, 2(021) 1003/2024 nömrəli icra sənədi üzrə borclu Şəxs borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(104) 665/2025 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş tələbin könüllü ödənilməsi haqqında xx.xx.2025-cü il tarixli bildirişdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2(104) 665/2025 nömrəli icra sənədi üzrə borclu Şəxs borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən X17 Təhsil İdarəsinə ünvanlanmış məktubdan görünür ki, borclu Şəxs aylıq əmək haqqısından yaranmış 4080 manat aliment borc qurtaranadək 70 % yönəldilərək borc qurtardıqdan sonra hər ay 340 manat miqdarına yönəldilərək tutulub tələbkar X6 Bank hesabına ödənilməsinin təmin edilməsi və köçürülmələr barədə hər rübdə 1 dəfədən az olmayaraq Bərdə rayon İcra Şöbəsinə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. X17 Təhsil İdarəsi tərəfindən Bərdə Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 28 yanvar 2025-ci il tarixli 3-29-33/2-85/2025 nömrəli məktubdan görünür ki, icra sənədi icra üçün qəbul edilmiş Şəxs əmək haqqından tutmanın icra olunması ilə bağlı müvafiq işlər 2025-ci ilin fevral ayından etibarən həyata keçirələcəkdir. İnzibati iş materiallarına əlavə edilmiş bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Bərdə rayon Məhkməsinin xx.xx.2024-cü il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən X12 100 manat ödəniş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş 06 fevral 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, X17 Təhsil İdarəsi tərəfindən Şəxs əmək haqqısından 287.67 manat pul tutularaq X12 ödənilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş 18 mart 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, X17 Təhsil İdarəsi tərəfindən Şəxs əmək haqqısından 287.67 manat pul tutularaq X12 ödənilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş 30 aprel 2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, X17 Təhsil İdarəsi tərəfindən Şəxs əmək haqqısından 287.67 manat pul tutularaq X12 ödənilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 02 iyun 2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021) 1003/2024 saylı ,xx.xx.2024-cü il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 665/2025 saylı, xx.xx.2025-cü il tarixli icra sənədi üzrə cəmi 5021,32 manat borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021) 1003/2024 saylı ,xx.xx.2024-cü il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104) 665/2025 saylı, xx.xx.2025-cü il tarixli icra sənədləri üzrə tələbkara olan borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədlərini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 12.1-ci maddəsinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 3.1-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmənin mövqeyi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-1003/2024 nömrəli, eləcə də Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-665/2025 nömrəli qətnamələrindən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs iddiaçı X12 hər ay hər uşağa görə ölkə üzrə 2024-cü il üçün müəyyən edilmiş minimum aylıq əmək haqqının 0.49 (196 AZN) misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə 2025-ci ildən etibarən Şəxs oğu tərəfindən aliment öhdəliklərinin qismən icra edilməsi faktını qəbul edir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, Şəxs tərəfindən artırılmış alimentin məbləği tam şəkildə ödənilməmişdir. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 2024-cü ildə isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs tərəfindən uşaqların saxlanılması ilə bağlı ümumiyyətlə heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında inzibati xəta törədən şəxs Şəxs oğu tələbkar X13 ilə birgə nikahdan olan uşaqlarının bir müddət onun yanında yaşadığını bu səbəbdən də icra sənədi üzrə alimeti ödəmədiyini göstərsə də, bu barədə heç bir sübut təqdim edə bilməmiş, qətnamənin icrasına nəzarət qaydasında məhkəməyə aliment borcunun azaldılması ilə bağlı da müraciət etməmişdir. Eyni zamanda Şəxs oğunun məhkəmə qətnaməsini icra etmək niyyəti olsaydı ilkin dərhal icra edilməli olan məhkəmə qətnaməsi üzrə 170 manat məbləğində aylıq öhdəliyi vaxtlı vaxtında icra etməklə Bərdə Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilərdi. Şəxs məhkəmə qətnaməsini mübahisələndirməklə vaxt qazanmaq istəmiş, nəticədə bir il ərzində birinci instansiya məhkəməsinin dərhal icra edilməli olan qətnaməsini icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Eyni zamanda iş materiallarında alimentin artırılmış məbləğinin tam ödənildiyini təsdiq edən heç bir sənədin olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs təqsirlidir və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Lakin məhkəmə hesab edir ki, Şəxs tərəfindən yayındırılan məbləğin həcmi onun təbii və konstitusion hüququ olan azadlıq hüququnun məhdudlaşdırılmasına hüquqi müəyyənlik və ədalətlilik prinsipləri baxımından rəvac vermir. Məhkəmə qəbul edir ki, yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq tam şəkildə icra olunmadan qalması şəxsin məhkəməyə müraciət hüququnu xəyali hüquqa çevirərdi. Belə olan təqdirdə məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-471/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-471/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver