Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-474/2022 21.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Məhərrəm Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, xx xxx 1975-ci ildə Bərdə rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon Divanlı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYY ƏN ETDİ : Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 09 noyabr 2021-ci ildə cərimə olunmuş və cərimə olunması barədə qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində qanunla müəyyən olunmuş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna işə baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq, haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşə əlavə edilmiş cərimənin ödənilməsinə dair qəbzin surətindən müəyyən edilir ki, Şəxs EQ-8262813 nömrəli inzibati protokol üzrə hesablanmış cəriməni və dəbbə pulunu tam olaraq dövlət büdcəsinə ödəmişdir. Məhkəmə protokol və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Həmin maddənin qeydində göstərilmişdir ki,bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutub, QƏRAR V E R D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 529.3-cü maddəsilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə cəriməni və dəbbə pulunu ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar müşavirə otağında kompüterdə hazırlanmışdır.
Məhkəmə qərarları › İş №3(021)-474/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-474/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver