Məhkəmə qərarları › İş №3(021)-474/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-474/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-474/2025 17.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə DYPB YPXnin baş inspektoru polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1965-cı ildə Ağdam rayonunda doğulmuş, Ağdam rayonu İlxıçılar kəndində qeydiyyatda olmaqla, Bərdə rayon B.Hacıyev küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 327.8-ci maddəsi ilə 25 may 2025-ci il tarixli, AP № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən şəxs Bərdə DYPB YPX-nin baş inspektoru polis kapitanı X4 bildirdi ki, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 18:35-də Bərdə rayon Müalicə və Diaqnostika Mərkəzindən həkim H.Həsənov telefonla Bərdə RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək 2009-cu il təvəllüdlü X3 yol-nəqliyyat hadisəsi nəticəsində sağ ayaq nahiyəsindən xəsarət alıb xəstəxanaya müraciət etdiyini bildirmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixdə X5 Azərbaycan Respublikasının DİN-in 102 xidmətinə müraciət edərək idarə etdiyi "Tufan S 50" markalı motosikletinin "Mercedes" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması, özünün xəsarət alması, ancaq qarşı tərəfin ona dəymiş ziyanı ödəməməsi barədə şikayətçi olmuşdur. Araşdırma zamanı müəyyən olmuşdur ki,hadisə sürücü Şəxs yol hərəkəti qaydalarının pozması nəticəsində ehtiyatsızlığından baş vermişdir. Baş vermiş hadisə sürücü Şəxs sola dönmə manevri edərkən əks istiqamətdən gələn nəqliyyat vasitəsinə yol verməməsi ilə birbaşa səbəbli əlaqədə olmuş və nəticədə bir nəfərin sağlamlığına yüngül zərər dəymişdir. Toplanmış materialda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs, barəsində Azərbaycan Respublikasının İXM- in 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat açılması üçün qərarın surəti Bərdə RPŞ-nin DYPB-yə göndərilmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman spirtli içki qəbul etməmiş, sərxoş olmamışdır. Həmçinin bildirdi ki, onun əvvəllər inzibati qaydanı polzması halı olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o müəllim işləyib, hazırda işləmir, ailəlidir. Arxaya manevr edərkən moped onun avtomobilinə arxadan dəymişdir. Sürücü xəsarət almışdır. Qaydanı o pozmuşdur, təqsirini boynuna alır. Belə bir hadisə olmasını istəməzdi. Zərəçəkmiş şəxsin ondan şikayəti yoxdur. Sığorta ona dəymiş ziyanı ödəyəcək. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də zərərçəkmiş şəxs heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki; - xx.xx.2025-ci il tarixdə, saat 18:35-də Bərdə rayon Müalicə və Diaqnostika Mərkəzindən həkim H.Həsənov telefonla Bərdə RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək 2009-cu il təvəllüdlü X3 yol-nəqliyyat hadisəsi nəticəsində sağ ayaq nahiyəsindən xəsarət alıb xəstəxanaya müraciət etdiyini bildirmişdir. - Bundan başqa, xx.xx.2025-ci il tarixdə X5 Azərbaycan Respublikasının DİN-in 102 xidmətinə müraciət edərək idarə etdiyi "Tufan S 50" markalı motosikletinin "Mercedes" markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması, özünün xəsarət alması, ancaq qarşı tərəfin ona dəymiş ziyanı ödəməməsi barədə şikayətçi olmuşdur. - Araşdırma zamanı müəyyən olmuşdur ki,hadisə sürücü Şəxs yol hərəkəti qaydalarının pozması nəticəsində ehtiyatsızlığından baş vermişdir. - Baş vermiş hadisə sürücü Şəxs sola dönmə manevri edərkən əks istiqamətdən gələn nəqliyyat vasitəsinə yol verməməsi ilə birbaşa səbəbli əlaqədə olmuş və nəticədə bir nəfərin sağlamlığına yüngül zərər dəymişdir. - Araşdırma zamanı müəyyən olmuşdur ki, X5 baş vermiş yol nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül bədən xəsarət almışdır. -Toplanmış materialda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs, barəsində Azərbaycan Respublikasının İXM- in 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat açılması üçün qərarın surəti Bərdə RPŞ-nin DYPB-yə göndərilmişdir. Həmçinin həmin qərardan görünür ki; Sərxoşluğun müayinə edilməsinə dair aktəna əsasən Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Sürücülük vəsiqəsinin və avtomobilin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, Şəxs öz adına rəsmiləşdirilmiş Mercedes E 220 markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə sürücülük hüququ olmuşdur. X3 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 177 saylı rəyinə əsasən, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol bud çanaq oynağı nahiyəsinin küt travması, hərəkət məhdudluğu, sağ ayağın baş barmağının arxa səthinin qançırı, sol budun orta yuxarı 1/3-nin bayır səthinin qançırı və sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İnzibati işin materiallarına əlavə edilmiş Bərdə Rayon Yol Patrul Xidmətinin baş inspektoru X4 tərəfindən tərtib edilmiş 25 may 2025-ci il tarixli, AP № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətmişdir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş, zərəçəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti rəsmi qaydada аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar