Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-475/2024 04.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxx 1957-ci ildə Bərdə rayonunda anadan olmuş, evli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri Təbriz küçəsində qeydiyyatda olan və Bərdə şəhəri Təbriz küçəsi ev 8-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 10 yanvar 2024-cü il tarixdə saat 10 radələrində idarə etdiyi VAZ-21093 markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospekti 112 ünvanında yerləşən yaşayış binaları kompleksinin yolundan baş yol hesab edilən Bərdə şəhəri H.Əliyev prospektinə çıxarkən, baş yol hesab edilən H.Əliyev prospektində hərəkətdə olan X1 idarə etdiyi “Opel Astra” markalı, **-XE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yol verməyərək həmin avtomobillə toqquşmuş, Kamran Süleymanova dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərdi ki, 10 yanvar 2024-cü il tarixdə saat təxminən 10 radələrində özünə məxsus idarə etdiyi VAZ- 21093 markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə şəhəri H.Əliyev prospekti 112 ünvanında yerləşən yaşayış binaları kompleksinin yolundan baş yol hesab olunan Bərdə şəhəri H.Əliyev prospektinə çıxaraq “Saray” dairəsi istiqamətinə hərəkət etmək istəmiş, yola baxdıqda yolun sol tərəfdən boş olduğunu görmüş və baş yola çıxmışdır. “Saray” dairəsi istiqamətinə dönməyə çalışarkən ani anda “Opel” markalı avtomobil onun avtomobilinin qabaq sağ tərəfi ilə toqquşmuş, daha sonra isə yolun sağ kənarında dayanan “Ford” markalı avtomobil ilə toqquşmuşdur. Təcili tibbi yardım maşını gəlmiş və “Opel” markalı avtomobilin sürücüsünü xəstəxanaya aparmışlar. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan: Bərdə Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 mart 2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə, X1 barəsində isə Azərbaycan Respublikasının İXM-nin 328.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Bərdə Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməsi qərara alınmışdır. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 19 aprel 2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. BC 260911 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs “B1, B” kateqoriya sürücülük hüququ vardır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında 19 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, ona 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-475/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-475/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver