Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-475/2025 05.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Bərdə rayonu Alaçadırlı kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 04 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(021)-597/2023 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar "xxxx" ASC-nə 6413 manat, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-1119/2022 saylı icra sənədi üzrə tələbkar X2 800 manat, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-653/2020 saylı icra sənədi üzrə tələbkar BOKT "xxxx" MMC-nə 5433 manat məbləğində borcu yaranmış, borclu icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli icra sənədinə əsasən tələbkar "xxxx" ASC-nə 6413 manat, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli cra sənədinə əsasən tələbkar X2 800 manat, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən tələbkar BOKT "xxxx" MMC-nə 5433 manat məbləğində borcu var. İcra sənədləri üzrə borclu olduğu məbləğlərdən 04 və 05 iyun 2025-ci il tarixlərdə 800 manatını ödəmişdir. Borcunu ödəməkdən boyun qaçırmır. Qalan borcunu qısa müddət ərzində hissə-hissə ödəyəcəyinə söz verir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(021)-597/2023 saylı icra sənədinə əsasən borclu Şəxs tələbkar "xxxx" ASC-nə 6413 manat, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-1119/2022 saylı icra sənədinə əsasən tələbkar X2 800 manat, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-653/2020 saylı icra sənədinə əsasən tələbkar BOKT "xxxx" MMC-nə 5433 manat məbləğində borcu qalmışdır. Şəxs hazırkı vaxtadək borcunu tam ödəməmişdir. Sonuncu icra sənədləri üzrə borclarından 04 və 05 iyun 2025-ci il tarixlərdə 800 manat ödəmişdir. Borcludan borclarını tam şəkildə ödəməsini tələb etsə də ödəməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsassızdır, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.1 və 114.1.4-cü maddələrinə görə, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilən 04 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(021)-597/2023 saylı, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-1119/2022 saylı və Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-653/2020 saylı icra sənədlərini icra etməməsi qeyd olunsa da, Şəxs tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, sonuncu icra sənədləri üzrə 04 və 05 iyun 2025-ci il tarixlərdə 800 manat məbləğində ödəniş etmişdir. Bundan başqa, o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1119/2022 saylı icra sənədinə əsasən tələbkar X2 əvvəllər 1000 manat pul ödəmişdir. Şəxs məhkəmə iclasında icra sənədlərinin icrasından boyun qaçırmadığını, qalan borclarını qısa müddət ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir. İXM-nin: 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında material üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-475/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-475/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver