Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-477/2025 08.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, məhkəmə iclas katibi Miryusilfi Mirhaşimi Ağa oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X2, zərərçəkmiş şəxslər X3 və X4, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Tərtər rayonu Əskipara kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Tərtər rayonu Əskipara kəndində qeydiyyatda olan və Tərtər rayonu Əskipara kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsi tərəfindən 12 mart 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 bildirdi ki, raporta qeyd olanları təsdiqləyir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 19:50 radələrində Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X9 RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X12 rayonu, Q.B.Zakir küçəsində xidmətdə olarkən "Maqnolia" restoranında bir nəfər şəxs ictimai qaydanı pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik etməklə uca səslə küçə söyüşləri ilə danışaraq, ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, edilən xəbərdarlıqlarla məhəl qoymayaraq polis əməkdaşları ilə mübahisə yaratmış, onların qanuni tələblərinə tabe olmamış, əl-qol hərəkətləri etməklə qaçmağa cəhd göstərsə də, həmin şəxs tərəflərindən saxlanılmışdır. Bu zaman o, nalayiq küçə ifadələri işlədərək, əlqol hərəkətləri etsə də, həmin şəxs tutaraq Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İTB-dən daxil olmuş raport əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Qarabağ müharibə iştirakçısıdır, 2 medalı var. xx.xx.2025-ci il tarixdə o, Xaldan rayonundan gələndə dostları ona “Maqnoliya” restoranında yeyib-içməyi təklif etmişdirlər. Onlar 2-3 nəfərə 1 litr araq içmişdirlər. Avtomobilindən köynək götürməyə getdiyini xatırlayır, ondan sonra heçnə yadında qalmamışdır.Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X6 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 19:50 radələrində Bərdə RPŞ-nin PPXBnin polis nəfəri, polis serjantı Əli Nəbiyev birlikdə Bərdə rayonu, Q.B.Zakir küçəsində xidmətdə olarkən "Maqnolia" restoranında bir nəfər şəxs ictimai qaydanı pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik etməklə uca səslə küçə söyüşləri ilə danışaraq, ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, edilən xəbərdarlıqlarla məhəl qoymayaraq onlarla mübahisə yaratmış, onların qanuni tələblərinə tabe olmamış, əl-qol hərəkətləri etməklə qaçmağa cəhd göstərsə də, həmin şəxs tərəflərindən saxlanılaraq avtomobillə şöbəyə aparmışdırlar. Onu avtomobiliə mindirərkən o, avtomobilin qapısının şüşələrini vurmağa başlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X7 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 19:50 radələrində Bərdə RPŞ-nin PPXBnin polis nəfəri, polis serjantı Əmrah Əliyevlə birlikdə Bərdə rayonu, Q.B.Zakir küçəsində xidmətdə olarkən "Maqnolia" restoranında bir nəfər şəxs ictimai qaydanı pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik etməklə uca səslə küçə söyüşləri ilə danışaraq, ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, edilən xəbərdarlıqlarla məhəl qoymayaraq onlarla mübahisə yaratmış, onların qanuni tələblərinə tabe olmamış, əl-qol hərəkətləri etməklə qaçmağa cəhd göstərsə də, həmin şəxs tərəflərindən saxlanılaraq avtomobillə şöbəyə aparmışdırlar. Onu avtomobiliə mindirərkən o, avtomobilin qapısının şüşələrini vurmağa başlamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 19:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2025-ci il tarixli 10384 saylı Aktdan görünür ki, xx.xx.2025-ci il saat 04:00 radələrində müayinə zamanı Şəxs ağır dərəcədə sərxoşluğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, X3 və X6 inizbati iş üzrə icraat material üzrə zərərçəkmiş şəxs qismində tanınmışdırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN №2276059 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs "Maqnolia" restoranında ucadan qışqıraraq nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, inzibati xəta törətməsi barədə tərtib olunmuş protokol, həmçinin protokola əlavə edilmiş digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi . Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci mаddələri ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün inzibati tənbeh-həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Məhkəmə hesab edir ki, Şəxs həbsdə saxlanmasının əvvəli 06 iyun 2025-ci il tarixdən saat 19:50-dən hesablanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 06 iyun 2025-ci il tarixdən saat 19:50-dən hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-477/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-477/2025
08.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver