Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-478/2024 01.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahəsi rəis polis kapitanı X3, Barəsində inizibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Dördyol 1 qəsəbəsində yaşayan Şəxs barəsində Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа İXM) 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol araşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə Rayon Məhkəməsinə Bərdə Rayon Polis Şöbəsindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahəsi rəis polis kapitanı X4 bildirdi ki, protokolu Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarı əsasında tərtib etmişdir. Məhkəmə iclasında barəsində inizibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, 1-ci Qarabağ müharibəsinin 2-ci qrup əlilidir, sol qolu dirsəkdən aşağı yoxdur. Ağdam rayon Mərkəzi Xəstəxanasnının peçatıyla o, tromadol, diyazopan, mehtol dərmanlarını qəbul edir və ağrıları ondan sonra kəsir. Ona görə də həmin maddələr çıxıb, lakin həkim səhv məlumat vermişdir, o, narkotik vasitə olan marixuana qəbul etmir. Məhkəmə, işdə olan materialları araşdırıb hesab edir ki, Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs şəxsi istehlak miqdarında narkotik istifadə etmişdir. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki; -Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə vermiş olduğu, həmçinin ərizə ilə Bərdə RPŞ-nə müraciətində göstərdiyi dələduzluq faktı öz təsdiqini tapçaçışdır. Belə ki, Şəxs, Elçin Əliyevə avtomobil detalları almaq üçün 1000 manat pul verdiyini, lakin Elçin Əliyevin onu aldadaraq vədinə əməl etmədiyini bildirmişdir. Araşdırma gedişatında müəyyən edilmişdir ki, Şəxs, Elçin Əliyevdən narkotik vasitə almaq üçün Yevlax rayonuna getkiş, lakin Elçin Əliyevin tanışı olan şəxs narkotik vasitəni göndərmədiyi üçün Şəxs aldadılmasını da nəzərə alaraq Dİnnin 102 xidmətinə zəng edərəkəsassız məlumat vermişdir. Şəxs izahatında tanışı Eldəniz adlı şəxsləElçin Əliyevin ünvanına getdiyini, lakin İslam Alışov izahatında Şəxsla birlikdə getdiyini bildirmişdir. -Şəxs, X5 və X6 narkotik vsaitələrdən istifadə edib etməməsini müəyyən etmək üçün Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdən mütəxəssis dəvət edilmiş, Narkoloji Mərkəzin xx.xx.2024-cü il tarixli 199 saylı protokolundan görünür ki, Şəxs sidik analizində marixuana istifadəsi müsbət çıxmışdır. xx.xx.2024-cü il tarixli 200 saylı rəydən görünür ki, X1 analizində narkotik vasitədən istifadə halı aşkar edilməmişdir. Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 201 saylı rəyindən görünür ki, X2 analizində marixuana istifadəsi müsbət çıxmışdır. Beləliklə, SəlimovArif Aqif oğlunun, xx.xx.2024-cü il tarixli müraciətində cinayət faktı aşkar edilmədiyindən torplanmış material üzrə cinayət işnin başlanılması rədd edilmiş, Şəxs və X6 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surəti Bərdə RPŞ-nin İTB-nə verilmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, Şəxs həqiqətən də marixuana istifadəçisi olub-olmaması aydınlaşdırılmalı, bundan otrü onun barəsində ekspertiza təyin edilməli, onun nəticəsindən asılı olaraq müəyyən edilməlidir ki, Şəxs həqiqətən marixuana istifadə edir ya yox, yoxsa hazırkı protokol tərtib edilməsinə onun dediyi kimi ağrısını kəsmək üçün həkim tərəfindən yazılmış narkotik tərkibli dərmanlar əsas olmuşdur. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesаb edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibаti prоtоkоl nаtаmаm оlduğundаn inzibаti xətа hаqqındа prоtоkоl onu tərtib etmiş orqana Bərdə Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109-cu mаddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа Bərdə Rayon Polis Şöbəsinə qaytarılsın. Şəxs əməlinə hansı tərkibli narkotik vasitədən (həmçinin dəriman pereparatlarından) istifadəsinin müəyyən etmək üçün ekspertiz təyin edilməklə yenidən araşdırma aparılaraq hüquqi qiymət verilsin. Qərardan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-478/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-478/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver