Məhkəmə qərarları › İş №3(021)-478/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-478/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-478/2025 10.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, protokol tərtib etmiş şəxs-Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, inzibati xəta törətmiş şəxs Şəxs, vəkili X2 iştirakı ilə, xx xxxxxx 1962-ci ildə Bərdə rayonu Tumaslı kəndində anadan olmuş, Bərdə rayonu Tumaslı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Bərdə Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs daş ilə vurmuşdur. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X4 göstərdi ki, müstəntiqin raportu əsasında inzibati xəta haqqında icraata başlamış və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İMüstəntiq tərəfindən aparılan araşdırmanın məzmunundan görünür ki, Zərərçəkmiş şəxs dostları ilə yaşadıqları kəndə olan kafedə oturub yeyərkən aralarında sözlə mübahisə yaranmış, Ruslan Sadiqə əlinin arxa hissəsi ilə sillə vurmuş, daha sonra yoldaşları onları sakitləşdirmişdir. Ruslan Sadiqin yaşadığı evə getmiş, sonuncu evdə olmamış, növbəti dəfə Sadiqin anası evinə getmişdir. Orada Sadiqin anası Şəxs ağız nahiyəsindən vurmuş, saçından tutaraq sürümüşdür. Bundan sonra Şəxs onu arxadan daşla vurmuşdur. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hadisə 14 noyabr 2024-cü il tarixdə baş vermişdir. Material ona 17 mart 2025-ci il tarixdə daxil olmuş, inzibati xəta törətmiş şəxs Bakı şəhərində olduğundan və xəstə olduğu üçün gələ bilmədiyindən protokolu gec tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, gecə saat 02 radələrində yatarkən qapılarının ağzından səs-küy gəlmiş, nalayiq ifadələr işlətmişlər. Qapıya çıxarkən səs-küy salanın Ruslan olduğunu görmüşdür. Sonuncuya yaxınlaşaraq nəyə görə səs-küy saldığını soruşmuş və demişdir ki, getsin səhər gəlib danışar. Həmin vaxt Ruslan oğlun ağzından sillə ilə vurmuşdur. Sonuncudan onu nə səbəbə vurduğunu soruşmuş, Ruslan saçından tutaraq sürüməyə başlamışdır. Canını qurtarmaq üçün saçını Ruslanın əlindən çıxarmışdır. Sonuncu ona bıçaq gətirib başını kəsəcəyini bildirmişdir. Ruslan dönüb gedərkən yerdən daş götürüb Ruslanın arxasınca atmışdır. Lakin daşın Ruslanın harasına dəydiyini görməmişdir. Zərərçəkmiş şəxsla barışmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 14 noyabr 2024-cü ildə yaşadıqları kənddə olan kafedə həmkəndlisi Sadiqlə yemək yeyib içki içmişlər. Saat 02 radələrinə küçə ilə yaşadıqları evə qayıdarkən Şəxs qarşısını kəsmiş və bildirmişdir ki, oğlu Sadiqi aparıb içirdib gətirir. Daha sonra Şəxs yerdən daş götürərək onu vurmuş, xəsarət yetirmişdir. Şəxs onunla barışmaq istəmir. Əgər barışmaq istəsə, o da barışmağa razıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra məhkəməyə verildiyindən inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs münasibətdə zərərçəkmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlaməti olmadığı üçün qeyd olunan maddə ilə cinayət təqibinin başlanılması rədd edilmiş, bu barədə material ayrılıb prosessual rəhbərliyi həyata keçirən Bərdə Rayon Prokurorluğuna göndərilmiş və Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkibi əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin: 38.3-cü maddəsinə görə, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə görə, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, “Cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” qərar 07 mart 2025-ci il tarixdə qəbul edilmiş, qeyd olunan tarixdən 3 aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İXM-nin: 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında protokol müddət ötürülməklə məhkəməyə verildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : İnzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar