Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-479/2025 10.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə RPŞ İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-ci il tarixdə, Bərdə rayonu Tumaslı kəndində anadan olmuş, Bərdə rayonu Tumaslı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis şöbəsində 10 iyun 2025 -ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X4 izahat verərək bildirdi ki, Şəxs 13 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Bərdə rayonu, Tumaslı kəndində yerləşən kafelərdən birində qapalı yerdə əyləşən zaman aralarında yaranmış mübahisə zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ağız nahiyyəsinə əli ilə qəflətən zərbə edirməklə sonuncuya qəsdən fiziki ağrı yetirmiş, lakin buna baxmayaraq öz hərəkətlərini davam etdirərək ictimai qaydanın kobud surətdə pozulmasına, ətrafdakı şəxslərin narahatçılığına səbəb olacaq hərəkətlər etməmişdir. Zərərçəkmiş şəxs münasibətdə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkibi əlamətləri olduğundan Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. Buna görə də onum barəsində protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarxdə Tumaslı kəndində çayxanada o, Sadiq, Sənan və Cahid birlikdə yeyib içiblər. Bu zaman Sadiq dostlarının arxasınca nalayiq ifadələr işlətmişdir. O, da sillə ilə onun ağız nahiyyəsindən vurmuşdur. Sadiq ona cavab qaytarmamışdır. Mübahisə elə orada da qutarmışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında o, Ruslan, Cavid və Sənan Tumaslı kəndində kafedə yeyib içiblər. O, ümumi tanışları barədə nalayiq ifadə işlətmişdir. Ruslan sillə ilə onun ağzından vurmuşdur. O, bunda sonra oradan getmişdir. Sonra Ruslan onun evinə gəlmiş və orada söhbət etmişlər. Evə qayıtdıqdan sonra Ruslan bir də qapını döymüş, lakin o qapını açmamışdır. Sonra Ruslan onun anasıgilə getmiş və anasını döymüşdür. O, anasının döyülməsi ilə bağlı şikayət etmişdir. Lakin özünü döyülməsi ilə bağlı şikayət etməmişdir. Şikayət etməsə belə anasını döydüyü üçün onunla barışmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barədə İXM-in 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon X6 bölməsinin müstəntiqi, polis leytenantı X3 tərəfindən qəbul edilmiş cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs 13 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Bərdə rayonu, Tumaslı kəndində yerləşən kafelərdən birində qapalı yerdə əyləşən zaman aralarında yaranmış mübahisə zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ağız nahiyyəsinə əli ilə qəflətən zərbə edirməklə sonuncuya qəsdən fiziki ağrı yetirmiş, lakin buna baxmayaraq öz hərəkətlərini davam etdirərək ictimai qaydanın kobud surətdə pozulmasına, ətrafdakı şəxslərin narahatçılığına səbəb olacaq hərəkətlər etməmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş “Döymə” inzibati xətasının tərkibi əlamətləri olduğundan Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. Bərdə RPŞ İTB-nin polis sahə rəisi, X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sadiqi sillə ilə vuraraq döymüşdür. Məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraat zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, iş üzrə zərərçəkiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs özünün döyülməsi ilə bağlı deyil, anasının döyülməsi ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə ərizə vermişdir. Azərbaycan Respublikası İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır. Bununla yanaşı məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bərdə rayon X6 bölməsinin müstəntiqi, polis leytenantı X3 tərəfindən qəbul edilmiş cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar qərar qəbul edilərək Zərərçəkmiş şəxs münasibətdə Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ İTB-yə göndərilmişdir. Həmin qərarın qəbul olunmasından 03 aydan artıq müddət keçdikdən sonra protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barsəində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydad təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-479/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-479/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver