Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-48/2025 16.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Ağdam rayonu Maqsudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Bərdə rayonu Meşəçilik institutunda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrilə ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 yanvar 2025-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində uca səslə nalayıq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi X5 izahatında göstərdi ki, polis əməkdaşları xx.xx.2025-ci il tarixdə saat 22:50 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində **-YP-*** DQN avtopatrulla xidmətdə olarkən **-BH-*** DQN-lı avtomaşının konstruksiyası dəyişikliyini müəyyən edib səsucaldanla saxla əmrini verəndə Şəxs əmrə tabe olmamışdır. O maşını əks istiqamətdə sürərək avtomaşını saxlamışlar. Həmin vaxtı polis əməkdaşları avtomobilin duracağa getməsini, özünün isə sərxoşluq müayinəsinə dəvət etmişlər. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq xırda xuliqanlıq edərək polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, o xx.xx.2025-ci il tarixdə saat 22 :50 radələrində **-BH- *** dövlət qeydiyyat nişanlı VAZ 2104 markalı avtomaşınla Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində hərəkətdə olarkən YPX avtomobilində olan polis əməkdaşları səsucaldan vasitəsilə ona saxla əmrini vermişlər. O isə yolun sağ tərəfində avtomaşını saxlamışdır. YPX əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər və avtomobilin işıqlarının qanunla müəyyən edilmiş qaydada olmadığını bildirmişlər və avtomobili duracağa yerləşdirməli olduğunu və işıqları təmir etməli olduğunu ona bildirmişlər. O, YPX əməkdaşlarının əmrlərinə tabe olmuş və onlara qarşı nalayiq ifadələr işlətməmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əmrə tabe olmaması duracaq istiqamətində deyil, başqa istiqamətdə irəliləməsi olmuşdur. Məhkəmə iclasında zərərşəkmiş şəxs X2 verdiyi izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən saat 11 radələrində avtomobilə əlavə işıqlar quraşdırıldığından şəxsi saxlamışlar. Şəxsin avtomobilinə oturub biraz getdikdən sonra dairəyə çatanda maşını döndərib, duracağa aparmayacağını bildirmişdir. Əmrə tabe olmamışdır. Belə ki, led işıqlar qadağan olunmuş işıqlardır. Yerində onların aradan qaldırılması mümkün olmamışdır. Şəxs avtomaşında gedən zaman onunla aqressiv danışaraq, kimə ünvanlandığı bəlli olmayan söyüşlər işlətmişdir. Məhkəmədən qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş protokol İXM-nin 535.1-ci hissəsində qanuni və əsaslıdır. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, zərərçəkmiş şəxsin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli xx.xx.2025-ci il il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-1-ci maddəsinə istinadən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə göstərir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə göstərilmiş inzibati xətanı törətməsi sübut olunmur. Belə ki, avtomaşında irəliləyən zaman Şəxs ünvansız nalayiq ifadələr işlətməsi ictimai qaydanın pozulması hesab edilə bilməz. Bu səbəbdən həmin maddə üzrə icraata xitam verilməlidir. Beləliklə, hesab edirəm ki, Şəxs qanuni tələblərə qəsdən tabe olmama halı özünün etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı və digər sübutlarla tam təsdiq olunduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-48/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-48/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver