Məhkəmə qərarları › İş №3(021)-481/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-481/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-481/2024 11.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ regional şöbəsinin nümayəndəsi X17, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə şəhəri, Ə.Ədilov küçəsi, ev 25 ünvanında yaşayan X18 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X18 məhkəməyə şikayət verərək, hazırkı iş üzrə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ regional Şöbəsinin 22 dekabr 2023-cü il tarixli, MN №1291827 nömrəli qərarının ləğv edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X18 şikayətini onunla əsaslandırmışdır ki, o, ƏƏSMN yanında DƏMX-in Qarabağ regional şöbəsi tərəfindən Bərdə rayon PŞ-dən daxil olmuş 29 noyabr 2023-cü il tarixli məktub əsasında barəsində MN ******* nömrəli 22 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 07 mart 2024-cü il tarixində ona təqdim edilmişdir. Hesab edir ki, sözügedən qərar maddi və prosessual normaların pozulması ilə müşayiət olunur və ləğv edilməlidir. Belə ki, sözügedən qərarın tərtib edilməsinə əsas olmuş Bərdə RPŞ-nin əməkdaşlarının ona məxsus mağazada yoxlama aparmaları qanunsuzdur. Belə ki, onların belə səlahiyyəti yoxdur və hazırki inzibati xəta ilə bağlı yoxlama aparmaq onların səlahiyyətinə aid deyil. Ona görə ona yazılmış cərimə qanunsuzdur. Məhkəmə iclasında barəsində qəbul edilmiş qərardan şikayət verən şəxs X18 şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ regional şöbəsinin nümayəndəsi X17 verdiyi izahatında şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sübutlarla əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət təmin edilməməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan AZE seriyalı, 14256184 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət məlumatlarından görünür ki, X18 – xx.xx.1978-ci ildə ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan 22 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ regional şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən fərdi sahibkar X9 (VÖEN: 1291827) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi nəticəsində həmin maddəyə uyğun olaraq 3000 (üç min) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. MN ******* saylı 12 dekabr 2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, DƏMX-nin Qarabağ RŞ-nin Baş məsləhətçisi-baş müfəttiş Məmmədov Asəf X6 barədə protokol tərtib etmişdir. Belə ki, fərdi sahibkar X5 rayonu, Güloğlular kəndinə gedən yolun sağ tərəfində “Halal” X1nu əmək müqaviləsi bağlamadan işə cəlb etmişdir. X2 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bərdə RPŞ-nin ƏƏSMN DƏMX Qarabağ regional şöbəsinin rəisi cənab Akif Baxşəliyevə ünvanlanmış məkubdan görünür ki, ********** saylı VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkar X18 xx.xx.2023-cü il tarixdə saat 10:35-də Bərdə rayon Güloğlular kəndinə gedən yolun sağ hissəsində yerləşən “Halal” marketdə xx.xx.1984-cü il təvəllüdlü X8 (AA2250447) əmək müqaviləsi olmadan işlədiyi tərəflərindən aşkarlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, İXM-in 192.1-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, X18 barəsində qanunauyğun tədbir görüb nəticəsi barədə Bərdə RPŞ-nə rəsmi məlumat verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, DƏMX-in Qarbağa regional şöbəsinin rəisi vəzifəsini icra edən Məmməd Bayramov tərəfindən X13 ünvanlanmış bildirişlərdən görünür ki, şəxsi əmək müqaviləsi olmadan cəlb edilmə faktı ilə bağlı inzibati icraatda iştirak üçün izahat alınması və münasibət bildirilməsi ilə bağlı şəxs dəfələrlə dəvət edilmişdir. İş materiallarına əlavə edilmiş X9 Bərdə rayon Polis Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, o, Bərdə rayonu, Güloğlular kəndində yolun sağ istiqamətində yerləşən “Halal” Topdan və Pərakəndə satış mağazasını 3 ildən çoxdur ki, işlədir. X1 fəhlə olaraq fəaliyyət göstərir. Belə ki, X14 orada səyyari olaraq müəyyən işlərin müqabilində hər ton yük boşaldılması üçün 3-4 manat əlbəəl məvacib verir. Onunla heç bir əmək müqaviləsi, sığorta və qeydiyyat yoxdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarla X18 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində inzibati cərimə olunmuşdur. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X15 məhkəməyə şikayət verərək, barəsində qəbul edilmiş qərarın ləğvinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. AR.İXM-in 192.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X9 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. Belə ki, iş materialları və tərəflərin izahatlarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X9 X10 əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi müəyyən edilmiş və o, vəzifəli şəxs olaraq İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş minimum həddə, yəni 3000 manat məbləğində inzibati cərimə edilmişdir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ regional şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X4 tərəfindən X18 barəsində İXM-in 192.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar