Məhkəmə qərarları › İş №3(021)-482/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-482/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-482/2025 12.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin polis sahə rəisi X2, zərərçəkmiş şəxs X1, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, 25 avqust 1988-ci ildə Bərdə rayonu Divanlı kəndində anadan olmuş, evli, işləməyən, Bərdə rayonu Divanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 10 may 2025-ci il tarixdə saat 1900 radələrində Bərdə rayonu Divanlı kəndində yaşadıqları evin qarşısında X3 məxsus VAZ-21015 markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X6 göstərdi ki, hər iki tərəf münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. Tərəflər arasında yolla bağlı mübahisə var. Şəxs 10 may 2025-ci il tarixdə saat 1900 radələrində Bərdə rayonu Divanlı kəndində yaşadıqları evin qarşısında X3 məxsus VAZ-21015 markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa şüşəsini sındırmışdır. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar İTB-nə göndərilmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs göstərdi ki, Əkbər Mirzəyevlə aralarında yolla bağlı mübahisə var. Sonuncu onun yolunu daraldır. xx.xx.2025-ci ildə öz həyətinin çəpərini düzəldərkən yenə də Əkbər Mirzəyevlə aralarında sözlə mübahisə olmuşdur. Sonuncunu vurmamış, avtomobilinin şüşəsini sındırmamışdır. Əkbər Mirzəyev özü avtomobilinin şüşəsini sındıraraq ondan şikayət etmişdir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X5 göstərdi ki, Şəxs qonşuluğundan 3 sot torpaq alaraq ev tikdirmişdir. Qonşular yolu daraltdıqlarından torpağı aldığı şəxs məhkəmədə qonşulara qarşı iddia qaldırmışdır. Şəxs da yolu daraltdığı üçün dəfələrlə aralarında mübahisə olmuşdur. Xəstədir, tez-tez üstünə təcili tibbi yardım maşını gəlir. Yol dar olduğundan maşın gələrkən narahatçılıq yaradır. xx.xx.2025-ci ildə Kərim Sülymanov əlində yaba, nalayiq sözlər işlədər onun həyətinə gəlmiş, yaba ilə onu vurmaq istəmişdir. Yabanı əlindən aldıqlarından yerdən daş götürərək ona atmış, daş avtomobilinin arxa şüşəsinə dəyərək sındırmışdır. Onun avtomobilinə 60 manat ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 may 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin ifadəsi, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 may 2025-ci il tarixli qərar, inzibati xəta haqqında 12 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün X4 nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-cü maddəsi ilə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 60 (altmış) manat məbləğində inzibati tənbeh növündə cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar